Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3240/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü, Tovuz rayonu, Əlibəyli ərazi dairəsi, Əlibəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə Bakı şəhər BPİ X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:54 radələrində idarə etdiyi “BMW” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Nəsimi küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış vəziyyətdə olan “Mitsubishi Pajero” markalı ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsini əzmiş, daha sonra isə səkiyə çırplmışdır. Nəticədə Vəkilov Bahadur Kamil oğlunun idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında peşman olduğunu, ilk dəfə inizabti xəta törətdiyini, daha öncə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmədiyini və bir də belə hallara yol verməyəcəyini qeyd edərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:54 radələrində idarə etdiyi “BMW” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Nəsimi küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış vəziyyətdə olan “Mitsubishi Pajero” markalı ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsini əzmiş, daha sonra isə səkiyə çırplmışdır. Nəticədə Vəkilov Bahadur Kamil oğlunun idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Zərərçəkmiş şəxs Vəkilov Bahadur Kamil oğlu məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - qırx manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər BPİ X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər BPİ X10 İdarəsinə göndərilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X3 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3240/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3240/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver