Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3241/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl şəhəri, Q.Qəhrəmanov küçəsi ev 14-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi ev 40,41, mənzil 34-də yaşamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli və 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalarla bağlı onun barəsində eyni vaxtda, 27 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərildiyindən, məhkəmənin müvafiq qərardadı ilə həmin işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmışdır. 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 02 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qəbiristanlıqdakı sexdən, orada işləyən Zərərçəkmiş şəxs1 məxsus 400 manat dəyərində 01 ədəd “Samsung A21” markalı mobil telefonu gizli yolla oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurmuşdur. 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobillərin təmiri sexindən, orada işləyən Zərərçəkmiş şəxs2 məxsus 350 manat dəyərində 01 ədəd “Samsung A10S” markalı mobil telefonu gizli yolla oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə 350 manat məbləğində maddi ziyan vurmuşdur. 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 02 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Azər avto” avtomobillərin təmiri sexindən, orada işləyən Zərərçəkmiş şəxs3 məxsus 300 manat dəyərində 01 ədəd “Samsung A51” markalı mobil telefonu gizli yolla oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 protokolların məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 02 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qəbiristanlıqdakı sexdən 01 ədəd “Samsung A21” markalı mobil telefonu, həmin tarixdə ünvan 1 ünvanında yerləşən “Azər avto” avtomobillərin təmiri sexindən 01 ədəd “Samsung A51” markalı mobil telefonu, 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobillərin təmiri sexindən 01 ədəd “Samsung A10S” markalı mobil telefonu götürmüş, həmin telefonları öz telefonu adı ilə sataraq əldə etdiyi pulları ehtiyaclarına xərcləmişdir. Hazırda istintaq təcridxanasında saxlanılır, dəymiş zərərləri ödəməyə maddi imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, 02 yanvar 2022ci il tarixdə təxminən saat 17:30 radələrində ünvan 1 ünvanında yerləşən “Azər avto” avtomobillərin təmiri sexində işdə olduğu vaxt özünə məxsus 01 ədəd “Samsung A51” markalı mobil telefonu stolun üzərində qoymuş, işləri ilə məşğul olduqdan təxminən 20 dəqiqə sonra zəng etmək istədikdə telefonun yerində olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Telefonu 300 manat dəyərində olduğundan ona həmin məbləğdə maddi ziyan dəymişdir. Lakin oğurluğu edən Şəxs ziyanın əvəzini ödəməmişdir. Ona görə həmin şəxsdən şikayətçidir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər, onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülərkən hazırda Bakı şəhərindən kənarda olduqlarına görə iştirak edə bilmədiklərini, dəymiş maddi ziyan ödənilmədiyinə görə Şəxs şikayətçi olduqlarını göstərmiş, onların iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs1 təhqiqat zamanı izahatında göstərmişdir ki, 02 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qəbiristanlıqdakı sexdə işlədiyi vaxt “Samsung A21” markalı mobil telefonunu sexdə stolun üstünə qoymuş, bir az sonra zəng etmək istədikdə telefonunu tapmamış, oğurlandığını başa düşmüşdür. Oğurluq nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təhqiqat zamanı izahatında göstərmişdir ki, 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtoservisdə işlədiyi vaxt “Samsung A10S” markalı mobil telefonunu stolun üstünə qoymuş, bir az sonra zəng etmək istədikdə telefonunu tapmamış, oğurlandığını başa düşmüşdür. Oğurluq nəticəsində ona 350 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 24-cü PŞnin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 24-cü PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 12 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 24-cü PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur; -Qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi ilə bağlı material üzrə 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmış, 12 mart 2022-ci il tarixdə iş üzrə icraat dayandırılmış, 27 dekabr 2022-ci il tarixdə icraat təzələnmişdir. -Qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi ilə bağlı material üzrə 14 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmış, 14 mart 2022-ci il tarixdə iş üzrə icraat dayandırılmış, 27 dekabr 2022-ci il tarixdə icraat təzələnmişdir. -Qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi ilə bağlı material üzrə 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmış, 12 mart 2022-ci il tarixdə iş üzrə icraat dayandırılmış, 27 dekabr 2022-ci il tarixdə icraat təzələnmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş və onlarla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, törətdiyi cinayət əməlinə görə Şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanılır, onun haqqındakı cinayət işi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə təqsirli bilinməli olduğu maddədə nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs tənbeh növlərinin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə həmin normanın tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməli, cərimə məbləğinin həddi müəyyən edilərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, həmin şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3241/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3241/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver