Məhkəmə qərarları › İş №3(007)-3241/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3241/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3241/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi - X3 və qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şikayətçi - X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixli, TP seriyalı, 646358 nömrəli qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 3(007)-3241/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş və Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya məhkəməsinin 3(103)-1746/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon məhkəməsinin 3(007)-3241/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayətçi şikayətində məhkəmə iclasında çıxışında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə yol polisinin əməkdaşı onun idarə etdiyi “Mercedes Benz C240” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Bəhruz Nuriyev 281 ünvanında yol hərəkəti qaydasını pozduğunu iddia edərək, yolayrıcını keçmə qaydasının pozulmasına dair protokol tərtib etmişdir. Lakin, tərtib edilmiş İXP seriyalı, ******* nömrəli protokolda onun törətdiyi xətanın mahiyyəti göstərilməmiş, ümumi formada yolayrıcını keçmə qaydalarının pozulduğu qeyd edilmişdir. Protokolda onun konkret olaraq “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsini pozması qeyd edilməmişdir. Buna görə də, protokol düzgün tərtib edilməmiş və əsassızdır. Hadisə yerində yol polisinin avtomobilində olan bort-kompyuter vasitəsi ilə videogörüntü qeydə alınmış, lakin həmin görüntü ona göstərilməmişdir. Beləliklə, həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ-də Bakı şəhər X13 polis mayoru X8 tərəfindən inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərar çıxarılmışdır. Həmin qərar əsassız və qanunaziddir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti inspektoru, polus baş serjantı X9 ifadə verərək bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə B.Nuriyev küçəsi ilə hərəkətdə olan zaman işıqfordan sola hərəkət edərkən Qara Qarayev prospekti ilə əsas yolda hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən hərəkətinə davam etmiş, bu səbəbdən də vətəndaş onun tərəfindən saxlanılmış, törətdiyi pozuntu ona izah edilmiş və barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək qeyd etdi ki, şikayət əsassızdır, bu səbəbdən təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 15:05-də idarə etdiyi “MERCEDES BENZ C240” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Bəhruz Nuriyev 281 ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclası zamanı şikayətçinin və protokolu tərtib etmiş X6 məhkəmə verdiyi ifadələr ətraflı araşdırıldan sonra məhkəmə belə nəticəyə gəlir ki, işıqforun köməkçi sol bölməsində yaşıl işığın yanması sürücüdə çaşqınlıq yaratmış və nəticədə əsas yolla, yəni Qara Qarayev prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən sürücü hərkətinə davam etmişdir. Bu səbəbdən də barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inizabti xətanı törətməsinə görə protokol tərtib olunmuşdur. Beləliklə, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar, protokol və ifadələr ilə şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar