Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3242/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. Həmçinin icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmlak vəziyyətinin yoxlanılması, bu barədə hər hansı bir AKT və ya arayışın tərtib edilməsi təqdim edilmiş materiallarda mövcud olmamışdır. Şəxsin əmlakının, gəlirinin, pulunun, tutma yönəldilə biləcək əmlakının gizlədilməsinə dair hər hansı bir sübut da protokola əlavə edilməmişdir. Ümumiyyətlə şəxsin bank hesablarının vəziyyəti barədə müvafiq sorğular verilməmişdir. Onun icra sənədini icra etmək iqtidarında olub-olmaması və ya icra sənədini icra etmək iqtidarında olması, lakin onu icra etməməsindəki təqsirinin konkret nədə ifadə edilməsi təqdim edilmiş protokoldan və sənədlərdən görünmür. Həmçinin iş materiallarına əsasən borclunun mülkiyyətində 99VH121 DQN-lı, 10OT762 DQN-lı və 10BY275 DQN-lı nəqliyyat vasitələri vardır. Lakin icra məmuru tərəfindən həmin nəqliyyat vasitələri ilə əlaqəli hər hansı bir hərəkət görülməmiş, tutma yönəldilməmişdir. Belə olduğu təqdirdə icra məmuru tutmanı həmin əmlaklara yönəltməli olduğu təqdirdə bununla bağlı müvafiq tədbirləri yerinə yetirməmişdir. Beləliklə borclunun icra sənədini icra etmək yalnız onun qeyd edilən əmlaklarına tutmanın yönəldilməsi ilə mümkündür. Lakin tutmanın əmlaklara yönəldilməməsinin səbəbləri protokolda göstərilməmişdir. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası İcra haqqında Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qadası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Həmin maddələrdə tutmanın borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi zamanı hər hansı bir əlavə məhkəmə qərarı və ya tələbkarın razılığı tələb edilmir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, borclunun tələbi ödəmək iqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması, lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olmasına dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Əgər borclu icra sənədini ödəmək iqtidarında deyildirsə, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli deyildir. İcra sənədinin icrası üçün yeganə vasitə tutmanın borclunun əmlakına yönəltmək hesabına mümkün olduğundan, lakin tələbkar buna razı olmadığı üçün icraya maneə olduğundan, icra məmuru icra sənədini geri qaytarmalıdır. Çünki “İcra haqqında” Qanunun aşağıdakı normalarına əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, - 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün, yəni şəxsin təqsirinə dair kifayət qədər sübut toplanılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3242/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3242/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver