Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3243/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ 24-cü PŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 28 iyun 2024-cü il -cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq, baxılması üçün eyni vaxtda, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı onun barəsində eyni vaxtda, xx.xx.2024-cü il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan 28 iyun 2024-cü il -cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(007)-3244/2024 nömrəli və 3(007)-3243/2024 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(007)-3244/2024 nömrəsi saxlanılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3243/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3243/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver