Məhkəmə qərarları › İş №3(007)-3270/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3270/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3270/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 15 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını qəsdən zədələyərək ona az miqdarda, 100 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə baxılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 3(007)-2750/2023 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 15 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material müvafiq nöqsanlara görə icraata götürülmədən Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılmışdır. Qərardadda əksini tapan nöqsanlar qismən aradan qaldırılmaqla material yenidən baxılması üçün məhkəməyə göndərilsə də, əlavə müddət keçməsinə yol verilməməsi məqsədilə, mahiyyəti üzrə işə baxılarkən nöqsanların aradan qaldırılmasının mümkünlüyü ehtimalına görə iş icraata qəbul olunaraq baxışa təyin edilmişdir. Lakin məhkəmə tədqiqi zamanı bu ehtimal özünü doğrultmamışdır. Belə ki, 23-cü polis bölməsində inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvandakı evdə yaşayan Zərərçəkmiş şəxs ərizə ilə 23-cü PB-nə müraciət edərək 21 aprel 2023-cü il tarixdə ailəsi ilə birgə Gədəbəy rayonuna getdiyi, 24 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində geri qayıtdıqları vaxt ona məxsus evin hasarının üzərində onun xəbəri olmadan, naməlum şəxs(lər)in hasarı deşmə üsulu ilə 01 ədəd dəmir darvaza asdığını aşkar etdiyi, hadisənin ona məxsus evin həyətyanı sahəsinə mülki iddiası olan qonşusu Şəxs tərəfindən törədildiyi, hadisə nəticəsində ona ümumilikdə 100 manat maddi ziyan dəydiyi barədə məlumat vermişdir. Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 may 2023-cü il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əmlakı qəsdən məhv etmə və ya zədələmə əlamətləri üzrə İXMnin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə həvalə edilmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrində 14 oktyabr 2022-ci il tarixdə qeydə alınmış hüquq üzrə çıxarışdan və digər sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən yaşayış məntəqələrinin torpağı təyinatlı 0.01 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə tam payda Şəxs adına qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrində 23 iyul 2022-ci il tarixdə qeydə alınmış hüquq üzrə çıxarışdan və digər sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpağı təyinatlı 0.02 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə tam payda Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Göründüyü kimi, baxılan belə xarakterli işlər üzrə ilk öncə inzibati xəta hadisəsinin törədilib-törədilmədiyi, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir, bu, mütləq haldır və təqsirlilik məsələsi həll olunarkən isə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir, hansı ki, bu halda da vurulmuş ziyanın məbləği dəqiq müəyyən edilməlidir. Təhqiqatçı tərəfindən 24 aprel 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və foto şəkillər çəkilmişdir. Zərərçəkmiş şəxs baxışda iştirakı təmin edilsə də, Şəxs iştirakı təmin edilməmişdir, hansı ki, Zərərçəkmiş şəxs ilkin müraciətində əməli törətməkdə şübhələndiyi şəxs kimi Şəxs adını artıq çəkmişdi. Bununla yanaşı, hadisə yerinə baxışda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin mütəxəssisinin iştirakı təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hadisənin baş verdiyi yer, işlərin görüldüyü ərazi mübahisəlidir, dəmir darvazanın asılması üçün deşilmiş hasarın Zərərçəkmiş şəxs və ya Şəxs mülkiyyəti kimi qeydə alınmış torpaq sahəsində yerləşdiyi, hasarın kimə məxsus olduğu və digər bu kimi məsələlərin müəyyən edilməsi, bununla da inzibati xəta törətmiş şəxsin dəqiq müəyyən edilməsi üçün yuxarıda qeyd olunan mütəxəssisin cəlb edilməsi, mütəxəssisin mülkiyyət hüququnu təsdiq edən sənədlər, torpaq sahələrinin plan və ölçüləri, xəritəsi əsasında yerində araşdırma aparması, koordinatları müəyyən etməsi mühüm əhəmiyyət kəsb edirdi. Əgər, həqiqətən Şəxs Zərərçəkmiş şəxs məxsus, özgə əmlakını qəsdən məhv etməsi və ya zədələməsi öz təsdiqini taparsa, bu zaman ziyanın miqdarı müəyyən edilməli idi. Ziyanın miqdarının hesablanması ilə bağlı mütəxəssis rəyi, buna dair sübutlar mövcud deyildir, yalnız zərərçəkmiş hesab olunan şəxsin ehtimalı, dedikləri əsasında ziyanın 100 manat miqdarında olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməsinə və dəymiş ziyanın miqdarına dair mötəbər sübutlar təqdim edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 15 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar