Məhkəmə qərarları › İş №3(007)-3282/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3282/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3282/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, qərardan protest verən Nizami rayon prokurorunun köməkçisi X1, qərarından protest verilən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X3 iştirakları ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7 tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən verilmiş protestə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev Bakı şəhəri Nizami Rayon Məhkəməsinə protest ilə müraciət edərək, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7 tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək və həmin tarixdə ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda olduğu zaman qonşuluqda torpaq sahəsi olan Bahadur adlı şəxsin gətirdiyi fəhlə qüvvəsi tərəfindən ona məxsus ərazinin daş hasarının söküldüyünü aşkar etmişdir. X8 izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır, B.Çobanzadə küçəsi 45A ünvanda isə 9 sot torpaq sahəsi vardır. Həmin sahə boş torpaq sahəsidir, heç bir tikinti işləri aparmamışdır. Qonşuluqda 76 sot torpaq sahəsi Bahadur adlı şəxsə məxsusdur. Bahadur bir neçə müddət əvvəl onun həyətinin daş hasarını sökmüşdü. 2021-ci ildə bu barədə müraciəti əsasında Nizami RPİ-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd etdiyi torpaq sahəsi olan əraziyə getdikdə Bahadur adlı şəxsin həyəti ilə onun həyətinin arasında olan 3 daş hündürlüyündə 44 metr uzunluğunda daş hasarın tanımadığı şəxslər tərəfindən söküldüyünü görüb onlara yaxınlaşarkən həmin şəxslər oradan uzaqlaşıb getmişlər. Sonradan öyrənmişdir ki, həmin şəxsləri orada Bahadur işlətmişdir. Daş hasarının sökülməsi nəticəsində ona nə qədər maddi ziyan dəydiyini bilmir. X13 izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC adlı şirkəti vardır, həmin MMC 20 ildən artıq vaxtdan torpaq sahəsi isə 1971-ci ildən ona məxsusdur, hasarı da 1971-ci ildən inşa olunmuşdur. Tamara Əliyevanın müraciəti, şər və böhtandır. Onun daş hasarını sökdürməmişdir. Daxil olmuş məlumat və ərizə əsasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov tərəfindən xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və Nizami RPİ-nin 24-cü PŞnin sahə rəisi Şamil Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EPQ1373937 nömrəli qərarla Tamara Həmidovaya Azərbaycan Respublikası İXM-in 564cü maddəsi ilə 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə X6 müraciəti əsasında toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material əlavə araşdırma aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. Toplanmış materialdan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi Şamil Məmmədov tərəfindən Tamara Həmidovamn barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, Azərbaycan Respublikası İM-nin 564-cü maddəsində bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə inzibati təhneh tədbiri nəzərdə tutulmasına baxmayaraq, toplanmış materiallarda Tamara Həmidovanın bilə-bilə DİN 102 xidmətinə yalan məlumat verməsinə dair heç bir əsas olmamışdır. Belə ki, X12 RPİ-nin 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Nizami rayonu, B.Çobanzadə küçəsi, 45A ünvanda olduğu zaman qonşuluqda torpaq sahəsi olan Bahadur adlı şəxsin gətirdiyi fəhlə qüvvəsi tərəfindən ona məxsus ərazinin daş hasarının söküldüyünü aşkar etmişdir. Azərbaycan Respublikası İXM-nin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Göründüyü kimi Tamara Həmidovanın müraciəti əsasında Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda həmin müraciət üzrə aparılan araşdırma zamanı hər-hansı bir şəxsin hüquq və qanuni mənafelərinə ziyan dəyməmiş, əsassız məsuliyyətə cəlb edilən olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi Şamil Məmmədov tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-in 564-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli EPQ1373937 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan protest verən Nizami rayon prokurorunun köməkçisi X4 protestin məzmununa uyğun izahat verərək protestin təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Tamara Həmidova davamlı olaraq şikayət ərizəsi ilə müraciət etdiyinə görə prokurorluq tərəfindən material 24-cü PŞ-dən tələb olunmuş, müvafiq araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunmuş və həmin qərar əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassız qəbul olunduğu üçün qərarın ləğv olunması üçün protest verilmişdir. Məhkəmə iclasında qərarından protest verilən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X7 çıxış edərək bildirdi ki, Tamara Həmidova ilə digər tərəf arasında daimi mübahisələr olmuş, Tamara Həmidova xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək və həmin tarixdə ərizə ilə ünvan 3 ünvanda olduğu zaman qonşuluqda torpaq sahəsi olan Bahadur adlı şəxsin gətirdiyi fəhlə qüvvəsi tərəfindən ona məxsus ərazinin daş hasarının söküldüyünü aşkar etdiyini bildirmiş, müraciətlə əlaqədar təhqiqatçı əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmiş, lakin Tamara Həmidovanın şikayətində bildirdikləri öz təsdiqini tapmamışdır. Nəticədə təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə və Tamara Həmidovanın İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmiş, həmin qərar əsasında isə tərəfindən X8 İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 məhkəməyə ərizə ilə müraciət edərək protestin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, protesti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə protest təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Həmin protokol əsasında qəbul edilmiş olan xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Həsən Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 barəsində İXM-nin 564-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Həsən Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilərək əlavə araşdırmanın aparılmasında ötrü materilla birlikdə PŞ-nə qaytarılmışdır. Azərbaycan Respublikasının İXM-nin 564-cü maddəsinə əsasən Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - 100 manat məbləğində cərimə edilir. Göründüyü kimi X5 barəsində inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Həsən Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı əsasında qəbul edilmiş, həmin qərar isə Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7 tərəfindən X8 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, Nizami rayon prokurorluğu tərəfindən ləğv edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar əsasında tərtib olunduğundan və həmin qərar hal-hazırda qüvvədə olmadığından X5 barəsində İXM-nin 564-cü maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, protest təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest təmin edilsin. X8 barəsində İXM-in 564-cü maddəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar