Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3289/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi - X1, zərərçəkmiş şəxs- X2, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs - X6 iştirakları ilə, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən verilmiş protestə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, 568534 nömrəli inzibati tənbeh vermə haqqında qərardan protest verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami RPİ-nin TŞ-dən X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulması xətası ilə toplanılmış material üzrə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan protest verilməsi barədə daxil olmuş material öyrənilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:35-də X5 Azərbaycan Respublikası DİN-nin “102 Zəng Xidməti'’-nə məlumat vermişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 311 saylı yaşayış binasının zirzəmisində olan avtomobillərin dayanacaq yerində “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı **-DD-*** olan avtomobil ilə “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə o, sərnişini olduğu “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı **- DD-*** olan avtomobilin içərisində xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-də araşdırma aparılmış və “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı **-DD-*** olan avtomobilin sürücüsü X9 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 424 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X3 burnun bel nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan burun sümüyünün yerinidəyişməmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Toplanmış materiala əsasən “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı **- DD-*** olan avtomobilin sürücüsü X6 əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi əlamətləri vardır. Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev vəsatətlə Nizami rayon prokurorluğuna yuxarıda göstərilən əsaslara görə vəsatət verərək ******* saylı inzibati protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün müvafiq səlahiyyətli orqana protest verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 protestin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, 568534 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmədən protestin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X11 protestin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, protesti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, protest əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, 568534 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 424 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X2 burnun bel nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan burun sümüyünün yerinidəyişməmiş sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, hərtərəfli və tam araşdırma aparılmadan qəbul edildiyindən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, 568534 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, material yenidən baxılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, 568534 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 inzibati xəta törətməsinə dair material yenidən baxılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apeilyasiya Məhkəməsinə apeilyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3289/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3289/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver