Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3291/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Meğri rayonu, Vartanizor kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN 0WSRTAJ) X2 Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında (VÖEN **********) nömrəsi ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 3.2-ci maddəsinə əsasən cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmalı olduğu halda ekspertiza fəaliyyətinin həyata keçirilməsi üçün Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsi”ni əldə etmədən ekspertizanın aparılması ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə müvafiq icazə, yəni lisenziya almadan məşğul olmuşdur. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X3 bildirmişdir ki, X4 “Sanofı-Aventis Qrup” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı mülki iddiası üzrə məhkəmə baxışı zamanı "xxxx" MMC-nin işçisi səlahiyyətləri olmadan mühasibatlıq ekspertizası keçirərək rəy verməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında (VÖEN **********) nömrəsi ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 3.2-ci maddəsinə əsasən cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmalı olduğu halda ekspertiza fəaliyyətinin həyata keçirilməsi üçün Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsi”ni əldə etmədən ekspertizanın aparılması ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə müvafiq icazə, yəni lisenziya almadan məşğul olmuşdur. Toplanmış material üzrə cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Seyidova Föqanə M.Tağı qızının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək bildirmişdir ki, təsisçisi və direktoru olduğu "xxxx" MMC xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmaqla Dövlət qeydiyyat idarəsi tərəfindən (VÖEN) ********** verilmişdir və həmin dövrdən MMC nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-49/2022 saylı mülki iş üzrə 05,05.2022-ci il tarixli qərardadı icra olunması üçün məhkəmə tərəfindən rəhbərlik etdiyi MMC-yə həvalə edilmiş və qərardadda ekspert (mütəxəssis) qarşısında qoyulmuş suallar üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixdə rəhbərlik etdiyi MMCyə daxil olmuş və icrası Seyidova Eöqanə M.Tağı qızına həvalə edilmişdir. Föqanə Seyidova tərəfindən isə qərardadın icrası təmin edilərək müvafiq rəy verilmişdir. Sözügedən rəyin müşayiət məktubu və ilk səhifəsində qeyd edilən "xxxx" sözləri texniki səhv olaraq qeyd edilmişdir. MMC tərəfindən məhkəmə qərardadında göstərildiyi kimi mütəxəssis rəyi verilmişdir. Belə ki, sözügedən rəyin 2-ci səhifəsində “MÜTƏXƏSSİS QARŞİSİNDA AŞAĞİDAKİ SUALLAR QOYULMUŞDUR” və “Qeyd: mütəxəssis qarşısında qoyulmuş sualların məzmununda dəyişiklik edilmədən qərardadda olduğu kimi köçürüldü” sözləri həmin rəyin ekspert rəyi deyil, mütəxəssis rəyi olmasını, rəydə qeyd edilən "xxxx" sözlərinin texniki səhv olaraq qeyd edilməsini sübut edir. Sözügedən qərardadda “Mütəxəssislərə (ekspertlərə) Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilsin” sözləri qeyd edildiyindən verilmiş rəyin ilk səhifəsində mütəxəssisə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. X6 qeyd edilən rəydən narazı qaldığından qərəzli və əsassız olaraq şikayət etmişdir. Cinayət Qanunvericiliyinin mənasına görə CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin subyekti ekspert olsa da, məhkəmənin ekspertiza təyin edilməsi haqqında qərardadında mütəxəssis və ekspertə CM-nin 297-ci maddəsi ilə xəbərdarlıq edilməli olması göstərildiyindən mütəxəssisə CM-nin 297-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin ekspertiza rəyi vermək üçün səlahiyyətləri nizamnaməsində nəzərdə tutulmuşdur. Lakin, qanunvericiliyin tələblərinə əsasən ekspertlərin reyestri yaradılmadığından MMC ekspert rəyi verməsə də, əslində verə bilər. Çünki, nizamnaməsində göstərilmişdir. Ekspertiza fəaliyyəti ilə bağlı lisenziya və ya hər hansı icazə tələb olunmur. Yuxarıda qeyd edildiyi kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertlərin reyestrləri hazırlandıqdan sonra ekspertlərin siyahısına daxil edilmiş ekspert statusu olan şəxslər tərəfindən ekspert rəyi verilə bilər. İndiki halda da mütəxəssis rəyi verilmişdir. Qeyd olunanları nəzərə alaraq əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 310 və 190-cı maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlnması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2023-cü il tarixli, 3(007)-3290/2023 saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Nizami rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən özəl ekspertiza fəaliyyəti ilə bağlı sənədlər tam təsdiq edilmədiyindən Ədliyyə Nazirliyi tərəfindən heç bir şəxsə və quruma fəaliyyətə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsi” verilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinə əsasən, şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat “Məhkəmə Ekspertlərinin Reyestri”nə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş məhkəmə xərclərinə dair bildirişə əsasən, ekspertmütəxəssis F.Seyidova tərəfindən aparılmış tədqiqatın dəyəri 600 (altı yüz) manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Ədliyyə Nazirliyindən almalı olduğu ekspertiza fəaliyyətinə icazə sənədi hesab olunan “özəl məhkəmə eksperti şəhadətnaməsini əldə etmədən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 inzibati xəta törətməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3291/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3291/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver