Məhkəmə qərarları › İş №3(007)-3291/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3291/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3291/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Nizami rayonu İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2815/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-3291/2024 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-3291/2024 saylı qərarı ləğv edilmiş, icraat materialları hərtərəfli tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2815/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 19 iyul 2004- cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay onun qazancının yarısı 1200 manat miqdarında aliment tutularaq Məmmədli (Mirzəyeva) Nailə Vasif qızına ödənilməsi qət edilmişdir. Bundan sonra o, 2Ö13 və 2014-cü illər üzrə aliment pulunu fasiləsiz olaraq tələbkarın hesab nömrəsinə ödəmişdir. 2015-ci ildə isə onunla Məmmədli (Mirzəyeva) Nailə Vasif qızı aralarında razılığa gələrək barışmışlar. Birlikdə yaşamağa başladıqları dövrdə Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa əsasən aliment pulunu hər ay nağd formada Zərərçəkmiş şəxs vermişdir. Əlavə olaraq onlar birlikdə yaşadığı müddətdə o, Zərərçəkmiş şəxs və övladlarının bütün xərclərini, birlikdə yaşadıqları evin kommunal, ərzaq və digər xərclərini ödəmişdir. O, bir ata olaraq öz borcunu yerinə yetirmiş, daimi olaraq maddi və mənəvi övladlarının yanında olmuş, övladlarının təhsil, istirahət, yol xərclərini ödəmiş, övladlarına bahalı hədiyyələr almışdır. Bütün bunlar Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı 2015-2022-ci illərdə ailəsinin bütün maddi xərclərinin onun tərəfindən ödənilməsini sübut edir. 2022-ci ildə Zərərçəkmiş şəxs ilə aralarında münasibət yaxşı olmadığına görə o subay insan olaraq başqası ilə tanış olaraq nişanlanmış və 2022-ci ilin iyul ayından başqa evə köçmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs hiddətlənərək İcra Şöbəsinə müraciət edərək birlikdə yaşadığı müddət üçün aliment tələb etmişdir. Halbuki, o, yeni ailə qurduğu dövrdə Türkiyə Respublikasında istirahətdə olduğu vaxtda Zərərçəkmiş şəxs onun otağında olan seyfi açaraq 65000 ABŞ dolları məbləğində pulunu götürmüşdür. O, evə qayıdanda Zərərçəkmiş şəxs hansı səbəbə görə seyfdən pul götürdüyünü soruşduqda, Zərərçəkmiş şəxs həmin pulu aliment müqabilində götürdüyünü bildirmişdir. O, yenədə Zərərçəkmiş şəxs heçnə deməmiş, onun fikri ilə razılaşmışdır. Böyük qızı Nərgiz Mirzəyevanın 18 yaşı tamam olanda bank kartı alaraq qızının bank hesabına 7000 manat pul köçürtmüşdür. 2022-ci ilin avqust ayından isə tələbkarın bank hesabına yenidən aliment ödəməyə başlamış, hazırda da aliment ödəyir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən Şəxs tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs nağd şəkildə ödənilmişdir. Məhz bu səbəbdən də tələbkar Nailə Mirzəyeva xx.xx.2014-cü il tarixdə Nizami rayon İcra Şöbəsinə müraciət edərək, Şəxs tərəfindən alimentin könüllü ödənildiyini qeyd etmiş və bu səbəbdən icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Məmmədli (Mirzəyeva) Nailə Vasif qızının nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirdi ki, qeyd olunan məsələlər öncəki məhkəmə iclaslarında kifayət qədər araşdırılmış və yuxarı instansiya tərəfindən də hüquqi qiymət verilmişdir. Bugünə kimi məhkəmə qətnaməsi icra olunmamış qalır, tələbkar aliment borcunun ödənilməsini tələb edir, borclu isə ödəməkdən imtina edir. Borclunun müdafiəçisi tərəfindən təqdim olunmuş ərizəyə münasibət bildirərək qeyd etdi ki, tələbkar Zərərçəkmiş şəxs Şəxs tərəfindən aldadılmış, bu müddət ərzində Zərərçəkmiş şəxs aliment pulunu ayrıca yiğacağına, əlavə əmlakla da təmin edəcəyinə inandırmışdır. Qeyd olunanlara əsaslanaraq şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2815/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, 19 iyul 2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay Şəxs qazancının yarısı 1200 manat miqdarında pul aliment qismində tutularaq X3 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2815/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2815/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi üçün xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-3291/2024 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-3291/2024 saylı qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə iclaslarında verdiyi izahatlar ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı borclu Şəxs bildirmişdir ki, birgə yaşadıqları dövrdə aliment pulunu nağd şəkildə Zərərçəkmiş şəxs ödəmişdir. Sonrakı ifadəsində isə qeyd edir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri pozulduqdan sonra, Zərərçəkmiş şəxs evi tərk edərkən ona məxsus olan 65000 ABŞ dolları məbləğində vəsaiti götürmüş, bunun səbəbini soruşduqda isə, Zərərçəkmiş şəxs ödənilməyən alimentin əvəzi olaraq pulu götürdüyünü bildirmiş, Şəxs isə bununla razılaşmışdır. Şəxs tərəfindən aliment ödənildiyi təqdirdə, onun Zərərçəkmiş şəxs bu fikri ilə razılaşması məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Digər ifadəsində Şəxs alimenti tələbkara gah nağd şəkildə, gah da kart vasitəsilə ödədiyini, qəbzlərini isə atdığını qeyd edir. Bu ifadələr arasında da uyğunsuzluq mövcuddur. Həmçinin Şəxs öz çıxışında uşaqlarla birgə keçirdiyi zamanlarda istirahətin təşkili üçün çəkdiyi xərcləri (yol pulu, restoran və kafelərdə ödənilmiş hesablar və s.) vurğulayaraq, alimentin ödənilməsini istisna edən hal kimi qiymətləndirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ata olaraq övladlarının doğum günündə aldığı hədiyyələr və istirahətləri ilə bağlı çəkdiyi xərclər məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentlə əvəzləşdirilə bilməz. Belə ki, məhkəmə qətnaməsi ilə məhz Şəxs tərəfindən övladları X4, X5 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 1200 manat miqdarında pulun aliment qismində tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı xx.xx.2014-cü il tarixdə Nizami rayon İcra şöbəsinə müraciət etdikdən sonra, Şəxs tərəfindən Zərərçəkmiş şəxs bank hesabına bir neçə dəfə aliment ödəməsi səbəbi və ondan sonrakı illər üçün aliment ödənilməsini təsdiq edən qəbzlərin saxlanılmamasına dair və ya nağd ödənilməsi ilə bağlı barəsində icraat aparılan şəxs tərfindən verilmiş bir-birinə uyğun gəlməyən ifadələrin araşdırılması məhkəmə iclası zamanı mümkün olmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hal-hazırda Şəxs alimentin ödənilməsindən imtina etməsi, yəni icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbini yerinə yetirməməsi onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərini yaratmış olur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar