Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3301/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.B.Zakir küçəsi, ev 9/11 qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs narkotik maddənin istifadəsində şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsi, Ə.Əzimzadə 28 ünvanının qarşısında saxlanılmış şifahi söhbət apararkən söhbət əsnasında narkotik vasitənin istifadəçisi olduğunu səmimi etiraf etmişdir. Eyni zamanda özünü qeyri adekvat apararaq rabitəsiz və əlaqəsiz söhbətlər etdiyindən polis əməkdaşları onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər, orada onun narkotik maddə qəbul edib-etməmələri müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmişlər və müayinə zamanı Şəxs narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X3 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısında narkotik vasitələri istifadəsində şübhəli bilindiyindən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, narkotik maddə qəbul edibetməmələri müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmişlər və alınmış xx.xx.2025-ci il tarixli, 2486 saylı tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bundan sonra o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, həqiqətən də narkotik vasitə olan “patı” adlanan vasitətədən isifadə etmişdir. Hazırda etdiyi əməldən səmimi peşman olduğunu bildirib məhkəmədən ona yüngük inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2486 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” protokolundan görünür ki, Şəxs sidiyində sərxoşluq əlamətləri olmadan AMP (+), MET(+) müsbət aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 4273 saylı rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3301/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3301/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver