Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3302/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2iz evdə kirayə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs Şəxs ona məxsus Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev 21 ünvanında yerləşən “Fındıq emalı sexi”ndə “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin tələblərinə əsasən həmin sexdə fəhlə işləyən Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanıldıqdan sonra işə buraxılmasını təmin etməli olduğu halda, bunu etməməsi nəticəsində Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində “Fındıq emalı sexi”-ndə iş vaxtı elektrik cərəyanı vurması nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Nizami rayonu Keşlə qəsəbəsi, A.Mirzəyev 21 ünvanında yerləşən “Fındıq emalı sexi” ona məxsusdur. Hadisənin baş verdiyi vaxtda sex yeni təsis edilmiş və yeni işçilər cəlb edilmişdir. Hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxs sexdə işləri öyrənmək üçün gəlmiş və təxminən 10 gün olardı ki, sexdə işləri öyrənirdi. Hadisə baş verəndə o, “Fındıq emalı sexi”nin birinci mərtəbəsində olmuş və səsə dərhal sexin ikinci mərtəbəsinə qalxmışdır. Bu zaman Zərərçəkmiş şəxs yerdə uzandığını görmüş, dərhal həmin xanımı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs xəstəxanada verdiyi izahatında onu yaşadığı evdə “Tefal” çaydanın elektrik cərəyanı keçirməsi nəticəsində onu elektrik cərəyanı vurduğunu bildirmişdir. Sonradan isə izahatını dəyişərək “Fındıq emalı sexi”ndə fındıq qovurma aparatında işləyərkən elektrik cərəyanı vurduğunu bildirmişdir. O, “Fındıq emalı sexi”ndə olan aparatları yoxlamış, lakin heç bir aparatda elektrik cərəyanı olmamışdır. Zərərçəkmiş şəxs həqiqətən harda elektrik cərəyanı vurduğunu bilməsə də, o, Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmiş, həmin xanım ona məxsus sexdə işçi olmasa da, xanıma bir aylıq maaş həcmində maddi yardım etmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 371 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ daban nahiyəsinin termiki yanığı (elektrik nişanəsi) olmuş, qeyd edilən xəsarət yüksək gərginlikli elektrik cərəyanının yerli təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə zərərçəkmişin göstərdiyi şəraitdə alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3785 saylı rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsi, A.Mirzəyev 21 ünvanında yerləşən fındıq emalı sexində hadisə ərəfəsində istifadə olunmuş avadanlığa baxış zamanı avadanlıqda elektrik enerjisinin korpusa ötürülməsi, həmçinin elektrik xətlərinin üzərində izolyasiya qatının pozulması halı müəyyən edilmədiyinə, avadanlığın torpaqlanmasının təmin olunduğunu, eləcə də, iş materiallarında Zərərçəkmiş şəxs elektrik enerjisinin təsirinə məruz qalmasının səbəb və şəraiti barədə məlumatlar olmadığına görə, baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadı, hadisənin baş verməsinin texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş hadisədə təhlükəsizlik texnikası qaydaları pozulması halının olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bununla belə qeyd olunur ki, Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bilikləri yoxlanılmadan işə buraxılması “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin tələblərinə zidd olmuşdur ki, həmin bəndlərin tələbləri müəssisədə rəhbərliyi təmin edən şəxs tərəfindən təmin olunmalı idi. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 192, 198 və 555.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3302/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3302/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver