Məhkəmə qərarları › İş №3(007)-3309/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3309/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3309/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar çıxarılan "xxxx" İstehsal-Kommersiya şirkətinin nümayəndələri X6 və X12, qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası X2 nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın qismən İXM-nin 447.0.3-cü maddəsi üzrə ləğv edilərək, İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə yeni inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" İstehsal-Kommersiya Şirkətinin Nizami rayonu, Qara Qarayev prospekti, ev 11 ünvanında yerləşən "xxxx" aptekində Agentliyin 2024-cü il üçün təsdiq edilmiş yoxlama planına əsasən planlı yoxlama həyata keçirərək "xxxx" İstehsal-Kommersiya Şirkətinə qarşı əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı Qida Təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) və 447.0.3-cü (standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək 1500 manat cərimə sanksiyası tətbiq edilmişdir. "xxxx" İstehsal-Kommersiya Şirkəti bu cərimə ilə razılaşmayaraq xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası X5nə etiraz ünvanlamışdır. X7 əsassız olaraq həmin qərarın qüvvədə saxlanılması haqqında xx.xx.2024-cü il tarixdə 1315488/1 nömrəli qərar qəbul etmişdir. X2 Bakı Regional Bölməsinin əməkdaşları "xxxx" aptekində yoxlama apararkən müəyyən olunmuşdur ki, satışda təqdim olunan ümumi sayı 1 x 30 tablets olan “Hepastom” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun markalanması və içlik vərəqində farmakoloji xüsusiyyətlərin qeyd edilməsində və ümumi sayı 1 ədəd olan “GlukoVit” əmtəə nişanlı və ümumi sayı 1 ədəd olan “Women Perfecto” əmtəə nişanlı bioloji aktiv qida məhsullarının qablaşdırma materialları üzərinə Səhiyyə Nazirliyinin “Dərman vasitələri” nəzarət markasının yapışdırılmasında uyğunsuzluq vardır. O, Agentlik əməkdaşlarına izah etmişdir ki, "xxxx" apteki idxalçı və istehsalçı müəssisə deyildir, buna səlahiyyəti də yoxdur. "xxxx" İstehsal-Kommersiya Şirkəti əməkdaş şirkətlərdən məhsulları qablaşdırılmış satış üçün hazır vəziyyətdə alaraq pərakəndə satışını həyata keçirir. Həmin məhsullar hazır qablaşdırılmış formada idxalçı əməkdaş şirkət tərəfindən pərakəndə satış üçün aptekə təqdim olunmuşdur. Bu səbəbdən də xüsusilə qeyd edir ki, “Hepastom”, “GlukoVit” və “Women Perfecto” əmtəə nişanlı bioloji aktiv qida məhsullarının markalanması və içlik vərəqində farmakoloji xüsusiyyətlərinin qeyd edilərək satışa buraxılması ilə əlaqədar "xxxx" apteki heç bir məsuliyyət daşımır. Qeyd edilən “Hepastom”, “GlukoVit” və “Women Perfecto” əmtəə nişanlı məhsulların təhlükəsizlik göstəricilərinə uyğun olması ilə bağlı X5 tərəfindən təsdiq edilmiş “X4” da "xxxx" İstehsal-Kommersiya Şirkətində vardır. Ölkəyə idxal olunan qida əlavələri məhsulları gömrük keçid məntəqəsindən keçdikdən sonra X5 tərəfindən yoxlandıqdan sonra topdan satış məntəqələrində satışına və ölkə ərazisində dövriyyəsinə icazə verilir. Həmin məhsulların da təhlükəsiz göstərişlərinə, qablaşdırılmasına və markalanmasına qanunauyğunluğu X5 tərəfindən yoxlanıldıqdan sonra dövriyyəyə buraxılıb və sonuncu məntəqə olaraq apteklər şəbəkəsinə paylanılmışdır. Yəni, qeyd edilən “Hepastom”, “GlukoVit” və “Women Perfecto” əmtəə nişanlı qida əlavələrinin də apteklər şəbəkələrində satışa gəlib çatmasında cavabdeh və məsul şəxs "xxxx" apteki deyil, X3. Bu işlərin həyata keçirilməsində məsuliyyət birbaşa X2 üzərinə düşür. Göstərilənləri nəzərə alaraq hesab edir ki, X2 Bakı Regional Bölməsinin əməkdaşlarının "xxxx" İstehsal-Kommersiya Şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi üzrə protokol tərtib edərək inzibati tənbeh tədbiri görülməsi barəsində qəbul etdiyi qərar əsassız, ədalətsiz və qanunsuz olduğu üçün ləğv edilməli, İXM-nin 220.2-ci maddəsi ilə inzibati tənbeh vermə qaydasında yeni qərar qəbul olunmalıdır. Yoxlayıcı yoxlama zamanı əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Agentliyin əməkdaşları hüquqi şəxs olaraq şirkətin hüquq və mənafeyinə uyğun addımlar atmaq əvəzinə, göründüyü kimi barəsində əsassız və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, şirkətə qarşı işin faktiki hallarına uyğun olmayan cərimə sanksiyası tətbiq etmişdir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Məhkəmə iclasında iştirak edən "xxxx" İstehsal-Kommersiya şirkətinin nümayəndəsi X10 şikayətin məzmununa uyğun izahat vərərək Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və İXM-nin 220.2-ci maddəsi ilə yeni inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" İstehsal-Kommersiya şirkətinin nümayəndəsi X16 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən aptekdə yoxlama keçirilən zaman onlara irad bildirilmişdir ki, bioloji aktiv qida məhsullarının qutularının içliyində dərmanlar üçün nəzərdə tutulmuş göstəricilər qeyd edilmişdir. Halbuki, aptekə təqdim olunmuş bioloji aktiv qida məhsullarına Azərbaycan Respublikası X5 tərəfindən təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğun olması barədə sertifikat verilmiş və həmin məhsulların ölkə ərazisində satışı qadağan olunmamışdır. Bioloji aktiv qida məhsullarının markalanması və içlik vərəqində farmakoloji xüsusiyyətlərinin qeyd edilərək satışa buraxılması ilə əlaqədar "xxxx" İstehsal-Kommersiya şirkəti heç bir məsuliyyət daşımır. "xxxx" İstehsal-Kommersiya şirkətinə məxsus aptekdə Azərbaycan Respublikası X5 tərəfindən verilmiş sertifikat əsasında bioloji aktiv qida məhsullarını satış üçün vitrinə qoymuşlar, buna görə də həmin qutuları açaraq içliyi oxumamışlar. Aptekdə ümumi 3500dən çox çeşid var və onların hər birinin içliyini oxumaq qeyri-mümkündür. Həmin bioloji aktiv qida məhsulları ümumiyyətlə satılmamış, sadəcə vitrində hər birindən bir ədəd nümunə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 nümayəndəsi X13 bildirmişdir ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli,YP-0171 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən "xxxx" İstehsal- Kommersiya Şirkətinin ünvan 1 ünvanında yerləşən "xxxx" aptekində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlama keçirilmişdir. Yoxlamanın sualları əvvəlcədən "xxxx" İstehsal-Kommersiya Şirkətinə göndərilmiş və həmin suallara hazırlaşması üçün vaxt verilmişdir. Yoxlama zamanı "xxxx" İstehsal-Kommersiya Şirkətinə məxsus aptekdə satışa təqdim olunan “Hepastom” əmtəə nişanlı bioloji aktiv qida məhsullarının markalanması qanunvericiliyə uyğun olmamış, içlik vərəqində farmakoloji xüsusiyyətlərin qeyd edilməsi, mədəaltı vəzin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə; xroniki pankreatit, mukovissidoz, öd yollarının diskineziyası, öd daşı xəstəliyi, xroniki xolesistit, disbakterioz, cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi və.s yazıların qeyd edilməsi müəyyən edilmişdir. Eyni zamanda “GlukoVit” əmtəə nişanlı və “Women Perfecto” əmtəə nişanlı bioloji aktiv qida məhsullarının qablaşdırma materiallarının üzərinə Səhiyyə Nazirliyi “Dərman vasitələri” nəzarət markası yapışdırılması faktı aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikasının Qida X1 3 noyabr 2020ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci bəndinin və “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbi pozulmuşdur. Buna görə də "xxxx" İstehsal-Kommersiya Şirkətinin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında vəzifəli şəxs X15 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü və 220.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbul olunan qərarın əsaslı olduğunu nəzərə alıb, məhkəmədən Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 verdiyi şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, YP-0171 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, "xxxx" İstehsal-Kommersiya Şirkətinin ünvan 1 ünvanında yerləşən "xxxx" aptekində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı yoxlama keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, YP-0171 nömrəli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarından görünür ki, "xxxx" İstehsal-Kommersiya Şirkətinə məxsus "xxxx" aptekdə satışa təqdim olunan ümumi sayı 1 ədəd x 30 tablets olan “Hepastom” (10.2021 istehsal tarixli - 10.2024 son istifadə tarixli) əmtəə nişanlı bioloji aktiv qida məhsullarının markalanması qanunvericiliyə uyğun olmamış, içlik vərəqində farmakoloji xüsusiyyətlərin qeyd edilməsi, mədəaltı vəzin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə; xroniki pankreatit, mukovissidoz, öd yollarının diskineziyası, öd daşı xəstəliyi, xroniki xolesistit, disbakterioz, cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi və.s yazıların qeyd edilməsi müəyyən edilmişdir. Eyni zamanda ümumi sayı 1 ədəd olan “GlukoVit” əmtəə nişanlı və ümumi sayı 1 ədəd olan “Women Perfecto” (xx.xx.2022 istehsal tarixli - xx.xx.2025 son istifadə tarixli) əmtəə nişanlı bioloji aktiv qida məhsullarının qablaşdırma materiallarının üzərinə Səhiyyə Nazirliyi “Dərman vasitələri” nəzarət markası yapışdırılması faktı aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikasının Qida X1 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci bəndinin və “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbi pozulmuşdur. Həmin qərara əsasən "xxxx" İstehsal-Kommersiya Şirkətinə məxsus "xxxx" aptekdə satışa təqdim olunan ümumi sayı 1 ədəd x 30 tablets olan “Hepastom” (10.2021 istehsal tarixli - 10.2024 son istifadə tarixli) əmtəə nişanlı bioloji aktiv qida məhsullarının markalanması qanunvericiliyə uyğun olmamış, içlik vərəqində farmakoloji xüsusiyyətlərin qeyd edilməsi, mədəaltı vəzin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə; xroniki pankreatit, mukovissidoz, öd yollarının diskineziyası, öd daşı xəstəliyi, xroniki xolesistit, disbakterioz, cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi və.s yazıların qeyd edilməsi müəyyən edilmiş və markalanması qanunvericiliyə uyğun olmayan, qablaşdırma materiallarının üzərinə Səhiyyə Nazirliyi “dərman vasitələri” nəzarət markası yapışdırılması faktı aşkar olunan ümumi sayı 1 ədəd olan “GlukoVit” əmtəə nişanlı, ümumi sayı 1 ədəd olan “Women Perfecto” (xx.xx.2022 istehsal tarixli - xx.xx.2025 son istifadə tarixli) əmtəə nişanlı bioloji aktiv qida məhsullarının satışının dayandırılması, dövriyyədən çıxarılması qərara alınmışdır. - Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" İstehsal-Kommersiya Şirkətinin ünvan 1 ünvanında yerləşən "xxxx" aptekində “Hepastom” əmtəə nişanlı BFMQ içlik vərəqəsində farmakoloji xüsusiyyətlərin qeyd olunması (xəstəliklərin müalicəsi) yardımçı sahədə divar səthində kiflənmələrin olması faktı aşkar olunmuş və "xxxx" İstehsal-Kommersiya Şirkətinin vəzifəli şəxsi X15 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü və 220.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, normativ sənəd dedikdə, malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər aid edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X11 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 447.0.3-cü və 220.2-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta olmasını aradan qaldıran hallar, inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar, həmçinin, İXM-nin 220.2-ci maddəsi ilə yeni inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X9 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar