Məhkəmə qərarları › İş №3(007)-3309/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3309/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3309/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 248589,67 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, 32269,20 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC tərəfindən məhkəməyə etiraz ərizəsi göndərilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi X5 tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 2.48589.67 Avro məbləğində vəsait bank vasitəsilə 09 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 32269.20 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xətanın 10 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi qeyd olunmuşdur. Beləliklə, "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Türkiyyə Cümhuriyyətində fəaliyyət göstərən “3A X3 Sistemleri LTD.ŞTİ” şirkəti ilə, 21/1141A/S.01 saylı xx.xx.2021-ci il tarixli bağlanmış müqaviləyə əsasən qarşılıqlı xidmət göstərirlər və bunun əsasında gördükləri, təhvil aldıqları malın qarşılığında ödədikləri məbləğ və valyuta əməliyyatları qanun çərçivəsində həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzini əlavə etməklə bildirirlər ki, “3A X3 Sistemleri LTD.ŞTİ” tərəfindən Şəxs MMC-nin şəxsi bank hesabına 32.270,90 Avro tam ödənilmişdir. Yəni hazırda aralarında mövcud olan müqavilə əsasında "xxxx" MMC-nin aidiyyatı üzrə qurum, vergi və ya gömrük rüsumu və ya digər öhdəliklər üzrə borcu mövcud deyildir, tərəflərindən aparılmış maliyyə hesabları üzərində hal-hazırda ödənişlərdə fərq yaranmamış, qanunvericilik əsasında şirkətləri fəaliyyətini göstərməklə, gömrük bəyənnamələrini, ödəniş sənədlərini, mühasibatlıq hesabatlarını tam və vaxtında həyata keçirir. Məhz bu barədə də "xxxx" ASC-yə rəsmi olaraq xx.xx.2025-ci il tarixdə məktub və qəbzləri əlavə etməklə göndərilmişdir. Məhz fəaliyyətləri dövründə də göstərilən bəndlərə uyğun hərəkətlər etmişlər. Hazırki məhkəmə prosesi ilə əlaqəli tərəflərindən "xxxx" ASC-yə rəsmi olaraq müraciət etmişlər və hal-hazırda onların sözügedən məsələ ilə bağlı arayış təqdim etməklərini gözləməkdədirlər. Bundan əlavə, Türkiyə Respublikasında fəaliyyət göstərən “3A X3 Sistemləri LTD.ŞTİ” şirkəti ilə əlaqə saxlayıb ödəniş ilə bağlı məsələni bildirdikdə, onlara öz bankları ilə əlaqə saxlayıb məktub verəcəklərini qeyd etmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən "xxxx" MMC-nin barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməsi barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, vəsait 20 gün gecikmə ilə geri qayıtmışdır və ödənişin təyinatı qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC ilə “3A X3 Sistemləri LTD.ŞTİ” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/1141/VS01 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “3A X3 Sistemləri LTD.ŞTİ” şirkətinin hesabına 248589,67 Avro vəsait köçürülmüşdür. - “3A X3 Sistemləri LTD.ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixini keçməyəcək şəkildə geri ödəyəcəklərini bəyan etdikləri 32270,90 Avro məzənnə fərqi bəzi texniki səbəblərdən ən geci xx.xx.2025ci il tarixində ödəyəcəklərini bildirmişlər. - xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, “3A X3 Sistemləri LTD.ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-yə 32270,90 Avro vəsait geri ödənilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Rusiya rublu ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “3A X3 Sistemləri LTD.ŞTİ” şirkətinin hesabına ümumilikdə 32270,90 Avro vəsait köçürülmüş, həmin vəsait 26 iyun 2025-ci il tarixdə Şəxs MMC-nin bank hesabına geri köçürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar