Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3322/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin 20 sentyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Bakı Nəqliyyat Agentliyinin 20 sentyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Şikayəti ona əlavə edilmiş materiallarla birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Konstitusiya və qanunlar ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin maddəni təhlil edərkən ilk növbədə, Konstitusiyanın 60-cı maddəsi, habelə cinayət-prosessual münasibətlərin xüsusiyyəti baxımından şikayət vermək hüququ olan subyektlərin dairəsini geniş şərh etmişdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin qeyd edilən maddəsində “digər şəxslər” ifadəsi şikayət vermək hüququ olan subyektlərin geniş şərh edilməsinə imkan yaratmışdır. İnzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi məhdud və konkret göstərilmişdir. Bundan başqa Cinayət- Prosessual Məcəllənin 449.2.3-cü maddəsindən fərqli olaraq, İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsində “digər şəxslər” anlayışı nəzərdə tutulmadığına görə həmin normanın geniş şərh olunması mümkünsüz olur. İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətə əlavə edilmiş qərarın surətindən görünür ki, X3 tərəfindən mübahisələndirilən Bakı Nəqliyyat Agentliyinin 20 sentyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarı həmin şəxsin barəsində deyil, X2 barəsində qəbul edilmişdir. Şikayət isə, barəsində qərar qəbul edilən şəxs tərəfindən verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 Bakı Nəqliyyat Agentliyinin 20 sentyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Bununla yanaşı, qərardan şikayət vermək hüququ olan şəxs, qərarın 20 sentyabr 2021-ci il tarixdə qəbul edildiyini nəzərə alaraq, qərarı hansı tarixdə rəsmi qaydada əldə etdiyinə dair sübutunu təqdim etməklə, Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsində nəzərdə tutulmuş müddət pozulduğu halda, prosessual müddətin bərpasına dair vəsatət də verməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı Nəqliyyat Agentliyinin 20 sentyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3322/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3322/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver