Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3334/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayəti və daxil olmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.12.2021-ci il tarixdə “Nissan Tida” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Bakı şəhəri, Neftçilər prospekti (Sərdar Səfərov küçəsi-Keykab xanım Səfəeəliyeva küçəsi) ünvanda dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X3 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Daxil olmuş şikayəti və sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Sənədlərdən göründüyü kimi, inzibati xətanın törədildiyi yer “Nefçilər” prospekti Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, aidiyyət məsələsinə əməl edilməsi üçün inzibati xəta haqqında qərardan verilmiş şikayət, ona əlavə edilən sənədlərlə birlikdə X2 geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3334/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3334/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver