Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3347/2020 16.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Məmmədov İbrahim Alim oğlunun katibliyi ilə, X1 xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəməyə daxil olmuş şikayət ərizəsi şikayətçi X2 tərəfindən imzalanmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3347/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3347/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver