Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3354/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X5 və qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi – X5 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X8 İXM-nin 327.2 və 327.7-ci maddəsi ilə təqsirli bilinməklə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Tofiq Abbasov küçəsi ilə “DAEWOO GENTRA” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyinə görə, barəsində İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında İXM-nin 327.7-ci maddəsi ilə qərar çıxarılaraq nəqliyyat vasitəsini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırlmışdır. Məhkəmə iclasında X3 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş qərar əsassızdır. Belə ki, o işıqforun qırmızı işığında keçməmiş, işıqforun yaşıl işığı yanıb-söndüyü son məqamda hərəkətinə davam etmişdir. Həmçinin növbəti iclasda öz çıxışına əlavə olaraq bildirdi ki, işıqforun qadağanedici oxu yanmamış, bu səbəbdən o öz hərəkətinə davam etmişdir. Qeyd olunanlara əsaslanaraq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə çıxış edərək, şikayətin əsassız olduğunu, sürücü tərfindən qeyd olunan inzibati xətanın törədildiyini qeyd edərək şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarına əsasən X5 barəsində xx.xx.2024-cü il tarixdə “DAEWOO GENTRA” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Tofiq Abbasov küçəsi ilə hərəkətdə olarkən svetoforun qadağanedici işığında hərəkəti davam etməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair İXP ******* saylı protokol əsasında, İXM-nin 327.7-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş materiala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “DAEWOO GENTRA” markalı ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 əlavə bölməsində yaşıl oxun artıq sönməsinə baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs o hərəkət edərkən işıqforun qırmızı oxunun yanmamasına istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işıqforun yaşıl işığının yanmaması artıq hərəkətin qadağan edilməsi deməkdir. Belə ki, Yol Hərəkəti haqqında Qanunun 59.4-cü bəndinə əsasən müəyyən edilir ki, əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə artıq hərəkətin qadağan edilməsini nəzərdə tutur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP 626055 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3354/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3354/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver