Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3356/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, şikayətçi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə şikayətçi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbi bildirir ki, məktəbin sabiq müəllimi X8 ilə bağlanmış əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixində xitam verilmişdir. Ona çatası son haqq-hesab isə 02 may 2024-cü il tarixində ödənilmişdir. Ödənişin gecikdirilməsinə aşağıdakılar hallar səbəb olmuşdur: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbi birbaşa dövlət büdcəsindən maliyyələşən büdcə təşkiatıdır. Hər hansı bir ödənişi həyata keçirmək üçün əmr verilən gün hesablama aparılır. Sonra hesablama cədvəli təsdiqedici sənədlərlə birgə Maliyyə Nazirliyinə təqdim edilir. Prosedur qaydalarına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən lazımi vəsait ayrılır. Ayrılmış vəsait hesaba daxil olduqdan sonra Xəzinədarlıq İdarəsinin nəzarəti altında qaydalara uyğun olaraq ödənişlər həyata keçirilir. X8 üçün son haqq-hesab da bu qayda ilə maliyyə vəsaiti ayrılan kimi ödənilmişdir. Bütün proseslər Dövlət büdcəsinin xərclənmə qaydalarına, Maliyyə Nazirliyinin təlimatlarına uyğun ödənilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla məktəb rəhbərliyi barəsində 900 doqquz yüz) manat məbləğində inzibati tənbeh növü tətbiq etmişdir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin sərbəst maliyyə hesabına malik olmadığını və bütün ödənişlərin Dövlət Büdcəsindən vəsait ayrılan dövrdə həyata keçirməli olduqlarını nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin nümayəndəsi X3 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X10 bildirdi ki, X8 ilə bağlanmış əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq-hesab 02 may 2024-cü il tarixində ödənilmişdir. Bu səbəbdən, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən vətəndaş X4 əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixində xitam verilmiş, lakin son haqq-hesab 02 may 2024-cü il tarixində ödənilmişdir. Buna görə işəgötürən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin direktoru X5 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2042-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Bununla müəyyən olunur ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Ümumiyyətlə məzmunu yuxarıda qeyd edilmiş şikayətdə göstərilmiş əsaslar, həmin iş üzrə qəbul edilmiş inzibati tənbeh vermə qərarının ləğvi üçün əsas deyildir . Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da, yoxdur. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 13 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3356/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3356/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver