Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3367/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə, ev 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP №0255957 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 38736.00 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38736.00 Avro məbləği hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 məhkəmə iclasında təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, təqdim edilmiş sənədlər müvəkkil bank tərəfindən nəzərə alınmadan Mərkəzi Banka həqiqətə uyğun olmayan məlumatlar təqdim edilmiş və bu da hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Belə ki, təqdim edilmiş xx.xx.2022 tarixli, **********2833 nömrəli bəyannamə üzrə 38984 avro dəyərində mal ölkəyə idxal edilmişdir. Təqdim edilmiş sənədlərlə bir daha sübut olunur ki, qeyd olunan avans ödənişi üzrə nəzərdə tutulan mallar tam şəkildə ölkə ərazisinə idxal edilmişdir. Lakin qeyd olunan gömrük bəyannaməsində ödəniş kodu texniki yanlışlıq səbəbindən səhv qeyd olunduğu üçün müvəkkil bank tərəfindən həmin avans ödənişi bağlanılmamış, bəyannaməyə düzəliş edildikdən sonra da həmin avansın bağlanılmasından imtina edilmişdir. Bununla bağlı müvafiq məlumatlar Mərkəzi Bankına təqdim edilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən hazırki fakt üzrə AR İXM 430.4-cü maddəsinin tərkibi olmadığından, dəyəri ödənilmiş mallar tam şəkildə və vaxtında ölkə ərazisinə gətirildiyindən və idxal edilməyən malların dəyəri kimi ödənilmiş pul vəsaitləri ölkəyə geri qaytarıldığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş etiraza münasibətdə isə təqdim edilmiş **********2833 saylı 38984.40 EUR dəyərində yük gömrük bəyannaməsində (YGB) bütün rekvizitlərin uyğunluq təşkil etsə də, YGB-nin tarixinin xx.xx.2022-ci il tarixli köçürmədən əvvələ olduğunu, yəni xx.xx.2022-ci il tarixdə avans köçürməsində qeyd olunan müqavilə çərçivəsində malların idxal edildiyini bildirmiş, "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********2833 nömrəli gömrük bəyannaməsinə əsasən 38984.40 Avro məbləöi hesabına alınan mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən 38736.00 Avro məbləğində xarici valyutada olan vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunduğunda onun əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3367/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3367/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver