Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3372/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və "xxxx" MMC-nin rəhbəri olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-214/2024 saylı icra vərəqəsindən görünür ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı 15 saylı Mediasiya təşkilatının mediatoru X1 iştirakı ilə bağlanmış 25 dekabr 2023-cü il tarixli MŞB/MT015/2023-00611/03 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, həmin Barışıq sazişi üzrə ödənilməmiş ƏDV daxil 54923,41 (əlli dörd min doqquz yüz iyirmi üç manat qırx bir qəpik) manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manatın və mediasiya ilə əlaqədar ödənilmiş 408 (dörd yüz səkkiz) manat məbləğində mediasiya xərcinin məcburi icrası üçün icra sənədinin verilməsi, ərizə verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinın maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2024-cü il tarixli, e-2-2(119)-214/2024 saylı iş üzrə icraata başlanılmış və borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vəzifəli şəxs kimi Nizami rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2024-cü il tarixli, e-2-2(119)-214/2024 saylı icra vərəqəsinin icrası ilə bağlı borcundan heç bir ödəniş etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında "xxxx" MMC-nin barəsində Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(119)-214/2024 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borcluya tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan heç bir ödəniş etməmiş, icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı 1 həftə bundan əvvəl 4000 manat ödəniş etmiş, məhkəmə iclas günü isə 2000 manat ödəniş etmiş, məbləğ tələbkarın kart hesabına köçürülmüşdür. İcra sənədinin icrasından yayınmır, MMC-nin maliyyə problemləri yarandığı üçün borcu tam şəkildə ödəyə bilmir, lakin qalan borcu da hissəhissə ödəyəcəkdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən tələbkar "xxxx" MMC-nin rəhbəri X3 "xxxx" MMC-nin maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırdığını, hazırki halda borcun ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərlə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-214/2024 saylı icra sənədi üzrə yaranmış borcdan 4000 manat və 2000 manat məbləğində tələbkara ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3372/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3372/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver