Məhkəmə qərarları › İş №3(007)-3396/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3396/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3396/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı tərtib edilmiş protokol əsasında cərimə edilməsi barədə qəbul edilmiş inzibati xəta haqqında 16 fevral 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə və görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 3(007)-3396/2023 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 hazırda vəsatətlə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cərimə məbləğini ödədiyini göstərmiş və iş üzrə 25 iyun 2023cü il tarixli qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti iş materialları ilə birlikdə tədqiq edərək, hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir, belə ki, ödənişi təsdiq edən sənəddən görünür ki, X2 barəsində olan inzibati xəta haqqında iş üzrə cərimə borcunu tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Hazırkı halda müəyyən edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı protokol əsasında qəbul olunmuş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün X2 barəsində inzibati qaydada protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmiş, bununla bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. X2 dəbbə pulu ilə birlikdə cərimə məbləğini hazırda tam ödəmişdir. Ona görə məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İXM-nin 152.5-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd olunan məhkəmə qərarına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 152.5, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 il müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 3(007)-3396/2023 nömrəli qərarına xitam verilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar