Məhkəmə qərarları › İş №3(007)-3396/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3396/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3396/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxsnın İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Zərərçəkmiş şəxs maddi zərər yetirilməsi səbəbindən Şəxsnın barəsində İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən 02 mart 2025-ci il tarixdə saat 11:50-də Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “X9” X13 məxsus Ford markalı Transit modelli Az **-JK-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilində komatoz vəziyyətdə olan xəstə X5 xəstəxanaya çatdırmaq üçün sayrışan işıq və səs siqnalını qoşub üzü “Hissa” şadlıq sarayı istiqamətində saat 20 km surətlə hərəkətdə olan zaman Rüstəm Rüstəmov küçəsi ilə Bəkir Çobanzadə küçəsinin kəsişməsində olan yolayrıcında svetaforun qırmızı işığında keçən vaxtı Bəkir Çobanzadə küçəsində sürücü Şəxs idarə etdiyi Opel markalı Astra modelli Az 77-LJ-Q28 dövlət qeydiyyat nişanlı avtomobillə saat 50 km surətlə hərəkətdə olan zaman Opel markalı Astra modelli avtomobilin qabaq hissəsi Ford markalı Transit modelli avtomobilin sağ arxa hissəsi ilə toqquşmuş, nəticədə Ford markalı Transit modelli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs, həmin avtomobildə olan sərnişin X6 və xəstə X8, Opel markalı Astra modelli avtomobildə olan sərnişin X10 xəsarət almışlar. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işdən isə görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:50 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2, X3 və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Lakin inzibati xəta haqqında protokol “yüngül” zərər vurulması səbəbindən deyil, Zərərçəkmiş şəxs maddi zərər yetirilməsi səbəbindən tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol düzgün və qanunauyğun tərtib olunmamış və natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, protokol qanunauyğun tərtib edilmədiyindən, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Nizami RPİ-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nizami Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar