Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3398/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən borclu "xxxx" Kiçik Müəssisəsinin rəhbəri Şəxs barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 21 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, işin baxılması 09 sentyabr 2025-ci il tarixə saat 16:30-a təyin edilmişdir. Lakin "xxxx" Kiçik Müəssisəsinin rəhbəri Şəxs vəkili və nümayəndəsi Vəkil icra şöbəsinə və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Şəxs borclu olduğu 2(007)-89/2025 nömrəli icra sənədi üzrə qətnamədən apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də, icra şöbəsində olan icra sənədinin icraatının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən dayandırılmasını, tərtib edilmiş inzibati xəta haqqında protokola isə məhkəmə tərəfindən xitam verilərək baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs borclu olduğu icra sənədi üzrə onun vəkili və nümayəndəsi tərəfindən icra sənədinin verilməsinə əsas olan qətnamə mübahisələndirilmişdir, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi üzrə icra hərəkətləri davam etdirilə və ya yeni icra sənədi verilə bilər, ona görə həmin şəxsin barəsində inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılması üçün əsas qalmadığından material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3398/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3398/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver