Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3400/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47B olan Şəxs MMC tərəfindən, “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması”na dair X1 Bakı regional bölməsinin 03 may 2023-cü il tarixli 044 nömrəli qərarı, onun icrası üçün müəyyən edilmiş 23 may 2023-cü il tarixinədək icra edilməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının X1 Bakı regional bölməsinin 03 may 2023-cü il tarixli 044 nömrəli qərarından görünür ki, Şəxs tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada icraata götürülmüşdür. “X2” şirkətinin istehsalı olan ümumi çəkisi 17650 kiloqram olan bibər və badımcan məhsulu partiyasından götürülmüş nümunələrin tədqiq (sınaq) nəticələrinə dair protokoluna əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “carbendazim” adlı pestisidin miqdarı normadan artıq olduğuna görə məhsul normativ sənədlərin tələblərinə cavab vermir. Şəxs səlahiyyətli nümayəndəsinin 01 may 2023-cü il tarixli yazılı izahatına əsasən məhsulların sertifikatsız satışının həyata keçirildiyi məlum olmuşdur. Qərarın qəbul edilməsi üçün hüquqi esas: “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. Həmin qanunun 30.5-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq müəyyən edilmis tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və vem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. Həmin Qanunun 30.7-ci maddəsinə əsasən bu Qanuna uydun olaraq müəyyən edilmiş tələblərə uyğun otmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər, həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi haqqında” Əsasnamənin 3.0.9cu yarımbəndinə əsasən qərara alınmışdır: 1. Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan “X2” şirkətinin istehsalı olan ümumi çəkisi 17650 kiloqram olan bibər və badımcan məhsulu partiyasının dövriyyəsi dayandırılsın. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan “X2” şirkətinin istehsalı olan ümumi çəkisi 17650 kiloqram olan bibər və badımcan məhsulu partiyası 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılsın və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilsin. 3. İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış qida və yem məhsulu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılsın. 4. Qərar rəsmi qaydada tərəfə təqdim edildiyi tarixdən qüvvəyə minir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 may 2023-cü il tarixli 3-44-1/2-1- 4387/23 nömrəli məktubdan və poçt qəbzindən görünür ki, 03 may 2023-cü il tarixli 044 nömrəli qərar sürətli poçt vasitəsi ilə göndərilmiş, 05 may 2023-cü il tarixdə ünvan sahibi Şəxs MMC-nin nümayəndəsi (Ələkbərli) tərəfindən imza edilərək alınmışdır. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3400/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3400/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver