Məhkəmə qərarları › İş №3(007)-3415/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3415/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3415/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün iş icazəsi alınmış X4 xx.xx.2024-cü il tarixdən, X10 xx.xx.2024-cü il tarixdən, X5 xx.xx.2024-cü il tarixdən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq icazələr portalından əldə olunmuş məlumatlar araşdırılarkən müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X4, X10 və X8 üçün müvafiq iş icazələri alınmış və həmin şəxslər MMC-nin işçiləri kimi göstərilmişdir. Lakin əmək müqaviləsi bildirişlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X5 əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin şəxslər üçün iş icazəsi isə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək, yəni onları əmək müqaviləsi qüvvədə olmadığı müddətdə alınmışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, sistem tərəfindən iş icazələri avtomatik olaraq uzadılmır, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə işləmək üçün icazələrinin alınmasına dair prosedur xeyli mürəkkəbdir. Həmçinin portaldan çıxarışda müvafiq olaraq icazənin başlanma tarixi xx.xx.2024, icazənin bitmə tarixi isə xx.xx.2024 olaraq qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 bildirmişdir ki, həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra onların iş icazələri üçün olan portaldan çıxarılması üçün sifarişçiyə sorğu verilmişdir. Belə ki, həm iş icazələrinin alınması, həm də iş icazələrinin portaldan xaric edilməsi üçün MMC tərəfindən sifarişçiyə sorğu verilməlidir. MMC-nin özünün portala müdaxilə etmək səlahiyyəti yoxdur. Həmin şəxslər üçün onlar MMC-də işləyərkən iş icazəsinin alınması üçün müraciət olunmuşdur. MMC tərəfindən həmin şəxslərin əmək müqaviləsinə xitam verilməsi barədə siyahı göndərilsə də, həmin şəxslərin iş icazələrinə xitam verilməmiş, sistem tərəfindən isə iş icazələri avtomatik olaraq hər üç aydan bir uzadılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4, X10 və X8 üçün onların əmək müqaviləsinə xitam verildikdən sonra Şəxs MMC tərəfindən işğaldan azad olunmuş ərazilərdə işləmək üçün icazələr alınmış, həmin ərazilərdə işləmək üçün müvafiq iş icazəsinin alınması üçün MMC tərəfindən DİN-ə müraciət olunmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə yuxarıda sadalanan sənədlər, hüquqi şəxsin izahatı ilə Şəxs MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi olmadan qeyd olunan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Məhkəmə qeyd eyməyi zəruri hesab edir ki, hüquqi şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işləməsi üçün müvafiq işçilərin icazəsi əmək müqaviləsinə xitam verildikdən sonra, müxtəlif vaxtlarda müraciət edilmişdir. Belə ki, Elyandı Alıyev ilə əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verildiyi halda, iş icazəsinin alınması üçün həmin tarixdən təxminən 6 sonra, digər işçilər Babayev Natiq və Abdurəhimli Elmi barəsində isə əmək müqaviləsinə xitam verildikdən təxminən 2-3 ay sonra müraciət edilmişdir ki, bu da barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsin nümayəndəsinin istinad etdiyi halı, yəni DİN-nin sistemində müvafiq ərazilərə gediş-gəlişə icazə verilməsi prosedurunun hər 2-3 aydan bir avtomatik yenilənməsini istisna edir. Şəxs MMC işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar