Məhkəmə qərarları › İş №3(007)-3424/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3424/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3424/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı-nın Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN 00448607 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün iş icazəsi alınmış X7, X6, X2 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq icazələr portalından əldə olunmuş məlumatlar araşdırılarkən müəyyən olunmuşdur ki, Şəxs tərəfindən X7, X6, X4 üçün müvafiq iş icazələri alınmış, lakin həmin şəxslərlə əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuşlar. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, həmin şəxslərin qeyd olunan işlərə cəlb olunması sübut edilmədən hüquqi şəxs barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, işin halları kifayət qədər araşdırılmamış, həmin şəxslərin izahatı alınmamış, həqiqətən də həmin şəxslərin işğaldan azad olunmuş əraziyə daxil olub-olamamasına dair DİN-ə soğu verilməmişdir. Həmçinin bildirdi ki, Şəxs-də 700-ə yaxın işçi işləyir. Onlar işə götürülmədən öncə onların müvafiq icazələri DİN-dən alınır, sonrada isə işçilər ilə iş şəraiti ilə bağlı razılıq əldə olunmayanda həmin şəxslərlə əmək müqaviləsi bağlanmır, beləliklə həmin şəxslər işə götürülmür. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan işçilərin işə götürülməsindən imtina edildikdən sonra, həmin şəxslərin işğaldan azad olunmuş ərazilərə girişinə verilən icazənin ləğv edilməsinə dair DİN-ə müraciət olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7, X6, X4 üçün onların Şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işləmək məqsədilə müvafiq giriş-çıxış icazəsinin alınması üçün hüquqi şəxs tərəfindən DİN-ə müraciət olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə yuxarıda sadalanan sənədlər, hüquqi şəxsin nümayəndəsinin izahatı ilə Şəxs tərəfindən əmək müqaviləsi olmadan qeyd olunan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi faktı öz təsdiqini tapır. Məhkəmə qeyd eyməyi zəruri hesab edir ki, hüquqi şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işləməsi üçün müvafiq işçilərin icazəsi xx.xx.2024-cü il tarixdən 2 ay müddətinə alınmışdır. Həmin şəxslərin işə cəlb olunmadığı bildirilsə də, bununla bağlı hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin işçilər işə götürülmədiyi halda belə, onların həmin əraziyə giriş-çıxışını tənzimləyən müvafiq icazənin ləğvi ilə bağlı DİN-ə müraciət olunmadığı məhkəmə iclası zamanı müəyyən edilmişdir. Belə olduğu təqdirdə hansı məqsədlə qeyd olunan işçilərə icazənin alınmasına da aydınlıq gətirilməmişdir. Həmçinin hüquqi şəxsin nümayəndəsi tərəfindən işçilərin işə götürülmədən öncə müvafiq icazənin alınması üçün DİN-ə müraciət etməsi, sonradan əmək şərtləri barədə işçi ilə razılığa gəlməmələrinə dair bildirdiyi mövqe məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Belə ki, işğaldan azad olunmuş ərazilərə giriş-çıxışı təmin edən müvafiq icazənin alınması kifayət qədər mürəkkəb prosedur olduğundan, işə götürmədən qeyd olunan işçilərin müvafiq icazəsinin öncədən alınması halı inandırıcı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs -nin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar