Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3426/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Yüzbaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:15-də müvafiq hüququ olmadan idarə etdiyi “Mercedes Benz E270 CDİ minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarına əməl etməyib ara məsafəsi saxlama qaydalarını pozmuş, nəticədə qarşısında eyni hərəkət istiqamətində işıqforda dayanmış “Toyota Corolla minik” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan, həmin avtomobil isə aldığı zərbədən qarşısında eyni hərəkət istiqamətində işıqforda dayanmış “Mercedes Benz 300 minik” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, toqquşma zamanı zərərçəkmiş şəxslərə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş protokol üzrə cərimə məbləğini ödəmədiyinə görə Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmış, onun cəriməni ödəməsindən sonra isə həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixli qərara xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə avtomobili idarə edərkən sürücülük hüququ qüvvədə olmasına və bu barədə qərarı təqdim etməsinə baxmayaraq barəsindəki protokolu baxılması üçün məhkəməyə göndərmişlər. xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Özbəkistan küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkət etmiş, ara məsafəsi az olduğuna görə işıqforda dayanmış “Toyota” markalı avtomobilə arxadan toxunmuş, həmin avtomobil isə qarşısında dayanmış “Mercedes” markalı avtomobilə arxadan toxunmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmədən barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilməli, digər hissədə baxılması üçün isə material müvafiq səlahiyyətli şəxsə göndərilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitələrini idarə etmək üçün xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2028-ci il tarixədək etibarlılıq müddəti müəyyən edilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, o, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Mercedes Benz E270 CDİ minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə notariat qaydada verilmiş və xx xxxxxx 2028-ci ilədək müddəti olan etibarnamə əsasında idarə etmişdir. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 3(013)-90/2020 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs cərimə məbləğini ödədikdən sonra verdiyi vəsatətə baxan Ağdam Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli 3(013)-90/2020 nömrəli qərarı ilə həmin iş üzrə xx xxxx 2020-ci il tarixli qərara xitam vermişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla da, müəyyən olunur ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas aradan qalxdığı üçün bu barədə qərar ləğv olunduğundan həmin şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs sayılır, ona görə onun Azərbaycan Respublikası İXM-nin 342.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olmamışdır, Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:15-də idarə etdiyi “Mercedes Benz E270 CDİ minik” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarına əməl etməyib ara məsafəsi saxlama qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə vəkilə dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3426/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3426/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver