Məhkəmə qərarları › İş №3(007)-343/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-343/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-343/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 onun barəsindəki ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 onun barəsindəki ******* nömrəli inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. Hansı ki, şikayətə belə qərar əlavə edilməmişdir. Şikayətin məhkəmənin icraatına qəbulunun mümkünlüyü yoxlanılarkən isə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş 21 yanvar 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün məhkəməyə göndərilmişdir, hazırda 3(007)-309/2022 nömrə ilə qeydə alınmış həmin iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda, sözügedən işə baxılmasının nəticəsi olaraq qəbul ediləcək qərardan narazı qaldığı halda, X2 apellyasiya qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 onun barəsindəki ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 onun barəsindəki ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar