Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3434/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X5, AR DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri X6 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 93 ünvanında AR DİN-nin ƏÇPA-nın əməkdaşları ilə dartışaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş 24-cü Polis Şöbəsinin sahə inspektoru X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 93 ünvanında AR DİN-nin ƏÇPA-nın əməkdaşları ilə dartışaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman həmin şəxsin qoluna qandal taxaraq 24-cü Polis Şöbəsinə gətirmişlər və orada tərəfindən İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən AR DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfəri X8 çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 93 ünvanında xidmətdə olarkən, həmin binanın arxa hissəsində yolun hərəkət hissəsində iki nəfər şəxsin müəyyən olunmamış yerdə iri həcmdə piştaxta konstruksiya quraşdıraraq küçə ticarəti ilə məşğul olduğunu görmüş, həmin şəxslərə yaxınlaşaraq küçə ticarətini dayandırmalarını bildirmiş, lakin həmin şəxslər aqressiv və kobud şəkildə danışmış və onlara qarşı nalayiq ifadələr işlətmişlər. Bu zaman onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkətləri etməyi və onları dartışdırmağa başlamışlar. Dərhal əlavə qüvvə tələb olunmuş, həmin şəxslərin qollarına biləklik taxılmış və xidməti maşına əyləşdirib 24-cü Polis Şöbəsinə aparılmasını təmin etmişlər. Polis Şöbəsində həmin şəxslərin X7 və Şəxs olduqları müəyyən edilmiş və barələrində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etməmiş, onları dartışdırmamış, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Ümumiyyətlə onun güc tətbiq etmək fikri olmamışdır. Barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Qanunsuz olaraq onun qollarına qandal taxılmış və inzibati qaydada həbs edilmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 məhkəmə iclasında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 93 ünvanında xidmətdə olarkən, həmin binanın arxa hissəsində yolun hərəkət hissəsində iki nəfər şəxsin müəyyən olunmamış yerdə iri həcmdə piştaxta konstruksiyası quraşdıraraq küçə ticarəti ilə məşğul olduğunu görmüş, həmin şəxslərə yaxınlaşaraq küçə ticarətini dayandırmalarını bildirmiş, lakin həmin şəxslər aqressiv və kobud şəkildə danışmış və onlara qarşı nalayiq ifadələr işlətmişlər. Bu zaman onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əlqol hərəkətləri etməyə və onları dartışdırmağa başlamışlar. Beləliklə şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X2 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3434/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3434/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver