Məhkəmə qərarları › İş №3(007)-3437/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3437/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3437/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, iş üzrə maraqlı şəxs X1 iştirakı ilə, xx.xx.1966-cı ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Şəxs küçəsi, ev 29 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi (icra məmuru X5) tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(82)-1529/2014 saylı icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu 2376-cı məhəllə Babək prosekti 111a ünvanında yerləşən özbaşına tikili Şəxs tərəfindən sökülməli olduğu halda, borclu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Borclu tərəfindən icra sənədləri üzrsüz səbəbdən icra olunmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında borclu Şəxs izahatında bildirdi ki, icra sənədlərində qeyd olunan tikilinin onun hesabına sökülməsi hal-hazırda mümkün deyildir. Belə ki, həmin obyektin sökülməsi üçün xüsusi avadanlıq və vəsait tələb olunur, hal-hazırda maddi imkanı olmadığından məhkəmə qətnaməsini icra etmək mümkün olmamışdır. Həmçinin bildirdi ki, qeyd olunan çay evinin təmirinə müəyyən xərc çəkmiş və hal-hazırda da sökülməsinə etiraz edir. Məcburi köçkün, əlil olmasını və göstərilən halların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X3 bildirdi ki, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, borclu tərəfindən həmin qətnamə icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X5 oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu icra vərəqəsində göstərilmiş tələblər üzrə xəbərdar edilmişdir. Lakin borclu maddi imkanının olmaması səbəbindən tikilinin öz hesabına sökülməsini həyata keçirə bilməmişdir. İş üzrə tələbkar Nizami rayon İcra hakimiyyəti məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə maraqlı şəxs şikayətçi olduğundan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(82)-1529/2014 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu 2376-cı məhəllə Babək prosekti 111a ünvanında yerləşən özbaşına tikili Şəxs hesabına sökülməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemdən əldə edilmiş çıxarışa əsasən borclu Şəxs mülkiyyətində əmlak və ya pul vəsaiti aşkar olunmamışdır. Qeyd olunan sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, borclu Şəxs əməlində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclunun icra sənədində göstərilən tələbi yerinə yetirmək üçün maddi imkanı yoxdur. Belə ki məhkəmə qətnaməsində tikilinin Şəxs hesabına sökülməsi qət edilmişdir. Və icra üsulunun dəyişdirilməsi ilə bağlı müraciət olunmamış və bununla bağlı iş materillarında yekun məhkəmə aktı aşkar edilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun tələbi yerinə yetirmək iqtidarında olması, lakin yerinə yetirməməsi, tələbin yerinə yetirməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borclunun tələbi yerinə yetirmək iqtidarının olması, lakin konkret üzrsüz səbəbdən yerinə yetirməməsi bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar