Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3438/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon X9 Şöbəsinin yol patrul xidməti inspektou, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – “Femida” Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Daşkəsən rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də menecer işləyən, Hacıqabul rayonu, Nəvahı qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, İstixana kombinatında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olunur ki, Şəxs 19 iyun 2023-cü il tarixdə, saat 20:52 radələrində “X7” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, H.Əliyev prospektində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq etmişdir. Bununla da o, İXM-in 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 bildirdi ki, Şəxs Nizami rayonu, H.Əliyev prospektində 19 iyun 2023-cü il tarixdə, saat 20:52 radələrində “X7” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq qərəzli formada cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətləri etmişdir. Qeyd olunan nəqliyyat vasitəsi saxlanılaraq sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozmamışdır. Belə ki, bir neçə dəfə manevr etmiş, ola bilsin ki, manevr etmə qaydalarını pozmuş, lakin avtoxuliqanlıq əməlini törətməmişdir. Polis əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dediklərini bir daha təsdiq edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən yolun səthində təkər izləri buraxılmamış, şəxs tərəfindən avtoxuliqanlıq əməli törədilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən diskə baxış keçirilən zaman Şəxs tərəfindən inzibati xəta haqqında hadisəsinin törədilməsi müşahidə edilmişdir. Belə ki, idarə etdyi ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Heydər Əliyev prospektində hərəkət zolaqlarını dəfələrlə dəyişərək digər yol hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmaqla ictimai qaydanı aşkar şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik etmiş, yol hərəkəti qaydalarını davamlı olaraq pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinə uyğun olaraq Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Novruzov X2 Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3438/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3438/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver