Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3446/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili – X3, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə rəisi X8 iştirakları ilə, xx.xx.1980-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Nizami rayonu, X14 küçəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə rəisi X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Nizami rayonu, X14 küçəsi ərazisində **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən çox miqdarda tüstü çıxdığı üçün polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanılmış, polis əməkdaşları yararsız halda olan nəqliyyat vasitəsini duracağa aparmaq istəyərkən sürücü X4 buna mane olmuş, avtomobili sürməyəcəyini və cərimə meydançasına aparmayacağını bildirmişdir. Bu zaman yoldan Şəxs idarə etdiyi avtomobili 2-ci cərgədə saxlayaraq onlara yaxınlaşmış, onların xidməti fəaliyyətinə müdaxilə edərək nəqliyyat vasitəsini cərimə meydançasına apara bilmək səlahiyyətlərinin olmadığını, protokolun tərtib olunmasını, bundan sonra avtomobilin özləri tərəfindən evakuator vasitəsilə aparılacağını bildirmiş və “102” xidmətinə zəng vuraraq onlardan şikayət etmişdir. Polis əməkdaşları həmin şəxsə müdaxilə etməməsini bildirsələr də, o, öz əməllərinə davam etmişdir. Bundan sonra hər iki şəxs 23-cü Polis Bölməsinə gətirilmiş və Növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra onun tərəfindən hər iki şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Nizami rayonu, X14 küçəsi ərazisində hərəkət edərkən polis əməkdaşları tərəfindən iş yoldaşı X1 görmüş, kömək etmək məqsədilə ona yaxınlaşmış və məlum olmuşdur ki, polis əməkdaşları qanunsuz olaraq X2 avtomobilini cərimə meydançasına aparmaq istəyirlər. Bu zaman o, polis əməkdaşlarına öz iradını bildirmiş, qanunvericiliyə əsasən avtomobilin göstərilən səbəbdən cərimə meydançasına aparılmasının qanunsuz olduğunu demişdir. Lakin polis əməkdaşları onun bu hərəkətini öz işlərinə müdaxilə kimi qiymətləndirərək dəstək üçün PPX çağırmış və onları Polis Bölməsinə apararaq orada qanunsuz olaraq barəsində protokol tərtib etmişlər. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, sadəcə öz hüquqlarını müdafiə etməyə çalışmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhər DYP-nə bilavasitə tabe olan YPXA-nın inspektorları Ə.Bağırov və N.Hüseynov tərəfindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-ci Polis Bölməsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Nizami rayonu, X14 küçəsi ərazisində istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən çox miqdarda tüstü çıxdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları yararsız halda olan nəqliyyat vasitəsini duracağa aparmaq istəyərkən sürücü X4 buna mane olmuş, avtomobili sürməyəcəyini və cərimə meydançasına aparmayacağını bildirmişdir. Bu zaman ərazi üzrə PPX köməyə çağırmışlar. Həmçinin bu zaman yoldan keçən başqa bir avtomobilin sürücüsü olan Şəxs avtomobili 2-ci cərgədə saxlayaraq onlara yaxınlaşmış, onların xidməti fəaliyyətinə müdaxilə edərək nəqliyyat vasitəsini cərimə meydançasına apara bilmək səlahiyyətlərinin olmadığını, protokolun tərtib olunmasını, bundan sonra avtomobilin özləri tərəfindən evakuator vasitəsilə aparılacağını bildirmiş və “102” xidmətinə zəng vuraraq onlardan şikayət etmişdir. Polis əməkdaşları həmin şəxsə müdaxilə etməməsini bildirsələr də, o, öz əməllərinə davam etmişdir. Bundan sonra hər iki şəxs 23cü Polis Bölməsinə gətirilmiş və Növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs izahatından, məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq heç bir zərər yetirməmiş, onları təhqir etməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Həmçinin İXM-nin 96.1-ci maddəsində fiziki şəxslərin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması halları müəyyən olunmuşdur. Həmin maddənin tələblərinə əsasən polis əməkdaşları tərəfindən yuxarıda göstərilən səbəbdən avtomobilin cərimə meydançasına aparılması qeyri-qanunidir və şəxs yalnız qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə etmiş və hüquqlarının pozulmasından özünü müdafiə etmişdir. Bu hal Şəxs tərəfindən polis əməkdaşlarınıın qanuni tələblərinə tabe olmama kimi qiymətləndirilə bilməz. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 24 (iyirmi dörd) manat (4x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 24 (iyirmi dörd) manat (4x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3446/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3446/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver