Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3447/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Astara rayonu, Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçələrinin kəsişməsində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə Chevrolet markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 11 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Kənan Əliyevin 23 aprel 2023cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində idarə etdiyi “Toyota-Prius” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə üzü Ə.Əzimzadə küçəsi istiqamətində hərəkət edərək kəsişməyə daxil olduqda “yol ver” nişanına fikir versə də, ani diqqətsizlik səbəbindən baş yola çıxdığı anda öz yolu ilə hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobillə toqquşmuş, hadisə zamanı hər iki avtomobilə ziyan dəymiş, lakin o, heç bir bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxslə barışı əldə etmişdir, zərərçəkmiş şəxin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, lakin Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 179 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan alnın əzilməsi, sol bud və diz oynağının ön, bayır və iç səthlərini əhatə edən hematoması olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/864 saylı rəyə əsasən “Toyota Prius” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2023-cü il tarixli, No 8/864 nömrəli ekspert rəyi, xx.xx.2023-cü il tarixli 179 saylı ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 aprel 2023-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3447/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3447/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver