Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3452/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X8 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X10, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 və onun müdafiəçisi X6, X1 iştirakları ilə, xx.xx.1969-cu ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan X20 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3961/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, X11 X3 xeyrinə, xx.xx.2004-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X15 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 01 oktyabr 2018-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 15100 manat məbləğində borc yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. X4 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X18 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X20 məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan alimenti işsiz olduğu üçün ödəyə bilməmişdir. Hal-hazırda 15100 manat məbləğində vəsaiti birdəfəlik ödəməyə imkanı çatmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X12 məhkəmə iclasında bildirdi ki, hazırda aliment borcunu ödəmək üçün X13 maddi imkanı yoxdur. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında bildirdi ki, X11 şikayətçidir, aliment borcunun bütövlüklə ödənilməsini istəyir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X18 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu X20 barəsində tərtib etdiyi protokolu müdafiə edir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3961/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, X11 X3 xeyrinə, xx.xx.2004-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X15 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 01 oktyabr 2018-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq verilməsi qət edilmiş, lakin borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 15100 manat məbləğində borc yığılmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3961/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2004-cü il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X15 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X11 xx.xx.2018-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin X3 xeyrinə ödənilməli qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu X11 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3961/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. X13 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X17 məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İsmayılov Səlimxan oğluna 24 (iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3452/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3452/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver