Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3453/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Qubadlı rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-162/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin Şəxs alınaraq "xxxx" MMC-yə qaytarılması, 11 sentyabr 2017-ci il tarixli AL-890 saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 2560,43 manat əsas, 1113,43 manat mükafat və 50 manat dəbbə pulu, cəmi 3723,86 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-67/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin bərpa olunması üçün tələb olunan 3960 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin qətnamələri ona təqdim edilməmişdir. Hazırda icra vərəqələri üzrə borcu birdəfəlik ödəməyə maddi imkanı çatmır. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 məhkəmə iclasında bildirdi ki, hazırda borcu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Həmçinin məhkəmə qətnamələri ona təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir, Qubadlı Rayon Məhkəməsinin 2(028)-162/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin Şəxs alınaraq "xxxx" MMC-yə qaytarılması, 11 sentyabr 2017ci il tarixli AL-890 saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 2560,43 manat əsas, 1113,43 manat mükafat və 50 manat dəbbə pulu, cəmi 3723,86 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması, həmçinin Qubadlı Rayon Məhkəməsinin 2(028)- 67/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin bərpa olunması üçün tələb olunan 3960 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir, lakin borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-162/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin Şəxs alınaraq "xxxx" MMC-yə qaytarılması, 11 sentyabr 2017-ci il tarixli AL-890 saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 2560,43 manat əsas, 1113,43 manat mükafat və 50 manat dəbbə pulu, cəmi 3723,86 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs lizinq obyekti olan 2013-cü il buraxılışı olan **-PK-*** dövlət nömtə nişanlı “Daewoo Gentra” markalı avtomobilin bərpa olunması üçün tələb olunan 3960 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarlardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən müvafiq icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədlərində göstərilən tələblərin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İsmayılov Səlimxan oğluna 24 (iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3453/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3453/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver