Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3453/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi-Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 22 iyul 2025-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə Şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli bilinməsi barədə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarının tərtib etdiyi raporta əsasən Şəxs 22 iyul 2025-ci il tarixdə saat 11:05-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, daha sonra Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirirəm ki, mütəmadi olaraq narkotik vasitədən qəbul etmirəm. Sonuncu olaraq “lirika” deyilən psixotrop olan maddədən təxminən 5 gün bundan əvvəl istifadə etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və xahişini müdafiə edərək ona həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 polis əməkdaşlarına könüllü surətdə narkotik vasitə təhvil verməmişdir, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, polsi bölməsində izahatında səmimi etiraf etmişdir. Ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmədə tədqiq olunmuş iş materialları ilə müəyyən edilir ki, 22 iyul 2025-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə Şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli bilinməsi barədə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarının tərtib etdiyi raporta əsasən Şəxs 22 iyul 2025-ci il tarixdə saat 11:05-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, daha sonra Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan tibbi müayinənin keçirilməsi haqqında 23 iyul 2025-ci il tarixli, 2563 nömrəli aktdan görünür ki, Şəxs sidiyində AMP(+) amfetamin, COC(+) kokain, THC(+) kannabinoidlər, BZO(+) benzodlazepin, MDMA(+) ekstazi, BAR(+) barbiturat, MET(+) metamfetamin, TML(+) tramadol HCl, PGB(+) preqabalin, MTD(+) metadon, MOP(+) morfin və TCA(+) TC antidepressant aşkar edilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 iyul 2025-ci il tarixli, 4376 nömrəli rəyindən görünür ki, Şəxs əhval ruhiyyəsi normaldır. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 01 ədəd kompakt diskdə olan videogörüntüdən görünür ki, Şəxs üzərinə müdafiəçi və şahidlərin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şəxs əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, yaşıl rəngli, xırdalanmış, qurudulmuş, bitki mənşəli kütləni təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində olan kütlənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu özü etiraf etmiş, həmin bükümü Nizami rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxs isə, yazılı izahatında həmin hallara uyğun izahat verməklə törətdiyi xətanı etiraf etmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizanın 23 iyul 2025-ci il tarixli, 7/988 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4) vət. Şəxs....” yazılar və imzalar olan zərfi açdıqda 01 (bir) ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 0,33 qram olan yaşıl rəngli, xırdalanmış, qurudulmuş, bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 22 iyul 2025-ci il tarixdə saat 14:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı 22 iyul 2025-ci il tarixdə saat 14:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 maddəsində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, Şəxs fiziki şəxs olduğundan iş üzrə ekspertiza xərci olan pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 22 iyul 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. İş üzrə materialların məhkəmə ekspertizanın aparılmasına sərf olunmuş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil 22 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3453/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3453/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver