Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3468/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Dadaşova Emina Bəhruz qızının katibliyi, qərardan şikayət verən X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasının təmin olunması üçün məhkəməyə vəsatət vermiş, məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, 3(007)-3468/2025 saylı qərardad ilə qərardan şikayət vermə müddətini bərpa etmişdir. X4 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 17 yanvar 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iıızibati xəta üzrə işə baxaraq 3(011)-1320/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Qərara əsasən barəsində Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin 17 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə göndərilmişdir. Daha sonra DYPİ TP7236884 nömrəli xx.xx.2025-ci il tarixli yeni inzibati xəta haqqında qərar qəbul etmişdir. Bununla bağlı dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq qərar vaxtında ona təqdim edilməmişdir. Qərarın çıxarılmasından 1 aydan artıq vaxt keçdikdən sonra TP7236884 nömrəli qərar tərəfindən əldə edilmişdir. Lakin o, belə bir inzibati xəta törətdiyini xatırlamır. Qərarın qəbul olunduğu gün elektron sistem vasitəsi ilə. e-polis mobil tətbiqi vasitəsi ilə törədilən inzibati xətanı özündə əks etdirən foto, video görüntülərin sistemə yüklənməsini xahiş etsə də, həmin görüntülər ona təqdim olunmamışdır. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X4 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X4 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 327.1-1-ci maddəsi ilə Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3468/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3468/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver