Məhkəmə qərarları › İş №3(007)-3478/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3478/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3478/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, X1 və qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi – X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 İQ TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə özünə məxsus 77KS781 dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsinə görə barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul edilmiş qərardan Xətai rayon məhkəməsinə şikayət etmiş, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1322/2024saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə geri qaytarılmışdır. Bakı şəhər DYPİ-də işə yenidən baxılmış və X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, onun iştirakı təmin edilmədən çıxarılmış qərar əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə çıxış edərək şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədildiyini bildirdi. Belə ki, vətəndaş N.Tomayev 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmaqla əks istiqamətli hərəkət zolağına keçmiş və sola dönmə əməliyyatını həyata keçirmişdir. Qeyd olunan qayda pozuntusu YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş və barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin əsassız olduğunu, təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Bakı şəhər DYPİ YPX inspektoru polis baş serjantı X8 çıxış edərək bildridi ki, vətəndaş 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmaqla əks istiqamətli hərəkət zolağına keçmiş, qeyd olunan qayda pozuntusu onun tərəfindən aşkar edilmiş və sürücü barəsində protokol tərtib edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı qərarına əsasən X4 xx.xx.2024-cü il tarixdə “CHEVROLET CRUZE” 77KS781 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməyə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar, məhkəmə iclası zamanı tədqiq edilmiş videomaterial və proses iştirakçılarının verdiyi ifadələrlə şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş materiala və məhkəmə iclası zamanı təqdim edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, sürücü Qara Qarayev prospkekti ilə hərəkət edərkən 1.3 üfüqi nişanlanma xəttinin, yəni qoşa bötöv xəttin tələbini pozmaqla əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxmaqla manevr etmişdir. Məhkəmə iclası zamanı məhkəmə tərəfindən şikayətçiyə ünvanlanmış suallara verilmiş cavablara əsasən müəyyən edilmişdir ki, vətəndaş nəqliyyat vasitəsi ilə hərəkət edərkən 1.3 üfüqi nişanlanma xətti onun sağında qalmışdır. Beləliklə, qeyd olunan hərəkət zolağının əks istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulması və sürücünün məhz bu zolaqdan istifadə etməsi müəyyən edilmişdir, bununla da o, İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş İQ TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar