Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-348/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, BMW 528İ minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) törədildiyi bildirilmişdir. Qeyd edilən qərar rəsmi olaraq ona xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Qeyd edilən qərardan narazı qaldığı üçün Nizami rayon məhkəməsinə müraciət edərək, AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Nizami rayon məhkəməsinin müvafiq qərarı ilə AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilmiş, inzibati iş üzrə iş müterialları yenidən araşdırlması üçün AR Daxili İşlər Nazirliyi DYPİ-nə göndərilmişdir. Lakin AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə qeyd edilmişdir ki, mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) törətmişdir. Qeyd edilən qərarla razı deyil. Belə ki, onun tərəfindən normativ tələblər pozulmaqla, heç bir avadanlıq quraşdırılmamış və ya dəyişdirilməmişdir. İdarə etdiyi avtomobildə heç bir konstruktiv dəyişiklik edilməmiş və bu gün də avtomobildə heç bir əlavə avadanlıq yoxdur. Qeyd edilən qərarın çıxarılmasına səbəb ilə bu olmuşdur ki, avtomobil **-YP-*** dövlət qeydiyyat nişanlı Yol patrul xidmətinin əməkdaşı tərəfindən əsassız yerə saxlanılmış və bunun səbəbini soruşduqda absurd olaraq guya avtoxuliqanlıq etdiyi bildirilmişdir. O bunun absurd olduğunu və sübutları tələb etdikdə **-YP-*** dövlət qeydiyyat nişanlı Yol patrul xidmətinin əməkdaşı Bəybələdli Orxan tərəfindən polis etik davranış qaydalarına zidd sözlər və hərəkətlərlə qarşılaşmışdır. O, avtoxuliqanlıq etdiyini bildiyi halda başqa metoda, guya normativ tələbləri pozduğunu və guya avadanlıq quraşdırdığını bildirmişdir. Ondan hansı əlavə avadanlıq quraşdırıldığını soruşduqda bu dəfə də mübahisəyə başlamış və ona qarşı əl qol atmağa başlamışdır. Qanunu pozduğuna və etdiklərinin qanunsuz olduğunu bildikdən sonra daha da irəli gedərək guya ona qarşı itaətsizlik etdiyini bildirmiş və rütbəsini cıraraq atmışdır. Guya ki, bunu o etmişdir. Halbuki bu böhdandan və polis əməkdaşına yaraşmayan hərəkətdir. Bildirmişdir ki, “Yol patrul xidməti” haqqında Təlimatın 4.6-cı bəndinə əsasən, Patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. Yol patrul xidməti” haqqında Təlimatın 4.7-cı bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Yol patrul xidməti” haqqında Təlimatın 6.9-cu bəndinə əsasən, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Qanunun tələbindən də görünür ki, YPX inspektoru onun avtomobilini saxlayan zaman avtomobilində quraşdırılmış videokamera işlək vəziyyətdə olmalı idi və əgər onun tərəfindən qanun pozuntusuna yol verilmişdişdirsə o bunu videokamera vasitəsilə qeydə almalı idi. Eyni zamanda əgər onun avtomobilində əlavə avadanlıq quraşdırılmış olsaydı YPX inspektoru bunu fotoşəkil və ya videogörüntü kimi qeydə almalı idi. Lakin onun avtomobilində əlavə avadanlıq quraşdırlmadığından bu cür fotoşəkillərin və ya videogörüntünün təqdim edilməsi də qeyri mümkündür. Qeyd edilənləri nəzərə alaraq, barəsində çıxarılmış AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, hərəkətlərində heç bir inzibati xətanın tərkibi yoxdur. Həmçinin şikayətçi avtomobilinin əlavə avadanlıq quraşdırlmadığını əks etdirən hazırki fotoşəklini məhkəməyə təqdim etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin qeyd olunmalıdır ki, qərarından şikayət verilmiş orqanın məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə məhkəmə iclasları dəfələrlə təxirə salınmış, müvafiq qaydada məlumat verilmiş, lakin iştirakı təmin etmək mümkün olammışdır. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən X7 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Həmin protokol əsasından qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Həmçinin iş materiallarına aid olan , qərardan şikayət vermiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş, ona məxsus BMW 528İ minik markalı avtomobilin fotoşəklindən görünür ki, avtomobilə hər-hansı əlavə avadanlıq quraşdırlmamış, avtomobilə yalnız müəyyən aksessuarlar əlavə edilməklə, görünüşünə müəyyən dəyişikliklər edilmişdir. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Bunun üçün də mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-in 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-348/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-348/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver