Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3485/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, şikayətçi X3, qərarından şikayət verilən orqanın nümayəndəsi X2 və tərcüməçi X1 iştirakları ilə, X3 xx.xx.2024-cü il tarixli elektron qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xx.xx.2024-cü il tarixli elektron qərardan şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, “Bank VTB”-də sürücü olaraq fəaliyyət göstərir, “Bank VTB”yə məxsus “X9” ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bankın hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 172 a ünvanının qarşısında saxlamış, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşı ona yaxınlaşaarq parklanmanın qadağan olduğunu bildirmiş, barəsində İXM-nin 346.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Qeyd olunan protokolun əsassız və qanunsuz olduğunu bildirərək, qeyd olunan ünvanda parklanmanın qadağan olunduğunu göstərən yol nişanının olmadığını əsas gətirərək protokol vəxx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmçinin X4 ünvan 2 ünvanında yaşadığından, işə Nizami rayon məhkəməsində baxılmasını nəzərdə tutuan vəsatət də əlavə etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 məhkəmədə çıxış edərək sürücü tərəfindən verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, bildirdi ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən sürücünü qeyd olunan inizabti xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, qeyd olunan yerdə nəqliyyat vasitələrinin parklanmasına üfuqi xətt üzrə icazə verilməsinə baxmayaraq nəqliyyat vasitələri yanbayan saxlanılmış, bununla da yolda nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla tıxacların yaranmasına səbəb olmuşdur. Həmçinin nəqliyyat vasitəsi digər tərəfdən səkiyə yaxın saxlanılmaqla piyadaların keçidinə maneçilik törətmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli elektron qərardan görünür ki, Bakı şəhəri, Xətai prospekti, 172 a ünvanında xx.xx.2024-cü il tarixdə saat 14:56 radələrində dayanma qaydalarını pozduğuna görə, “TOYOTA CAMRY” markalı 90PC813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X3 idarə etdiyi “TOYOTA CAMRY” markalı 90PC813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Bakı şəhəri, Xətai prospekti, 172 a ünvanında dayanma qaydalarını pozması işdə olan foto şəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, sürücü X10 Qanunun 52-ci maddəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini üfuqi xətt üzrə bir cərgədə deyil, bir-birinə paralel şəkildə saxlamışdır. X10 Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X4 istifadəsində olan “TOYOTA CAMRY” markalı 90PC813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Bakı şəhəri, Xətai prospekti, 172 a ünvanında dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Qeyd olunduğu kimi, baxılan iş üzrə inzibati xəta hadisəsi foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, icraatın aparılması Azərbaycan Respublikası İXM-nin 122-ci, o cümlədən 124-cü maddələri ilə müəyyən edilmiş qaydalarla aparılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xx.xx.2024-cü il tarixli elektron qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3485/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3485/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver