Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3486/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 25 dekabr 2022-ci il tarixdə, saat təxminən 23:25 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Mercedes” markalı avtomobil idarə etməni itirərək yolun sağ kənarı ilə hərəkətdə olan piyada X3 vurmuş, nəticədə piyada X5, “Mercedes” markalı avtomobilin sərnişini X1 və sürücüsü Zərərçəkmiş şəxs və “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev 07 mart 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi ilə R.Rütəmov küçəsi istiqamətində 10-20 km/saat sürətlə hərəkət edərək avtomobilin dönmə işıqlarını yandıraraq sola dönmək üçün yol ayrıcına daxil olmuş, bu zaman qaranlıq olduğu üçün “dayanmadan keçmək qadağandır” nişanını görməmiş, R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil yüksək sürətlə gələrək onun avtomobilinin sağ qabaq yan hissəsindən zərbə ilə vurduqdan sonra idarə etməni itirərək yolun sağında olan piyadaya və daha sonra yolun sağ kənarında olan evakuatorun arxa hissəsinə dəymişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Bütün bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1204 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/44 saylı rəyə əsasən “Mitsubishi Pajero” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2022-ci il tarixli 1204 saylı ekspert rəyi, 09 fevral 2023-cü il tarixli, No 8/44 nömrəli ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 mart 2023-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3486/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3486/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver