Məhkəmə qərarları › İş №3(007)-3490/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3490/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3490/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29371888 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29371888 nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 20 iyul 2025-ci il tarixdə, saat 01:12 radələrində idarə etdiyi «DAF 95.530 Yük» markalı, 99HP345 dövlət qeydiyyat nişanlı avtlomaşın ilə Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt İstiqamətdə hərəkət edərkən elektron qaydada 600 manat cərimə olunmuşdur. İXM-nin 353.2. iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxsər altı yüz manat məbləğində cərimə edilməsinə dair tərəzi-radarın EQ seriyalı 29371888 nömrəli qərarı qanunsuzdur. İnzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində aparılan inzibatı icraata xilam verilməlidir. İri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmini istiqamətində müvafiq işlərin görülməsi olduqca təqdirəlayiq hadisə olsa da, texnikanın nə qədər inkişaf etməsinə baxmayaraq hazırki situasiyada radarın təyin etdiyi çəki yanlışdır və bu hal onun bir Azərbaycan vətəndaşı kimi konstitusion hüquqlarının pozulmasına gəlirib çıxarır. Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yolötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi üçün quraşdırılmış tərəzi-radar idarə etdiyi «DAF 95.530 Yük» markalı, 99HP345 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 iyul 2025-ci il tarixində M-247.9 km, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt İstiqamətdə guya normadan artıq yüklə birlikdə yola çıxdığını fiksə etmiş, daha sonra barəsində inzibati xəta ilə bağlı əsassız olaraq inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. İdarə etdiyi maşının yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydaları”nın “Qoşqulu avtoqatarlar üçün” 3.2,-ci maddəsinə, yəni ‘‘nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 ton” tələbinə tam uyğundur. Yükün çəkisinə dair çekdə, "xxxx" MMC tərəzisinə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin çekləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Həmin tərəzi çekində çəki 39300 kq yük göstərir. Barəsində səhvən qanunsuz elektron qərar çıxarılmışdır. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29371888 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X5 İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqana rəsmi qaydada sorğu göndərilməsinə və məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq sözügedən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X5 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29371888 nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 353.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29371888 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar