Məhkəmə qərarları › İş №3(007)-3491/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3491/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3491/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X3nun vəkili “Kamandar Nəsibov və partnyotları” Vəkil bürosunun vəkili X9 və qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X10 iştirakları ilə, X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, 07-İX-24 saylı prokurorun qararına əsasən vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru olaraq, tərəfindən X2 2023-cü ilin dekabr ayından xx.xx.2024-cü il tarixinədək ofisiant peşəsi üzrə, X11 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək inzibatçı vəzifəsi üzrə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəsinə minmədən qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb olunmaları qeyd olunmuşdur. Həmin qərara əsasən guya tərəfindən AR İXM-nıin 192.1-ci madəsinin tələbinin pozulması və buna görə də 4000 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Aşağıdakı əsaslara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla razılaşmır, qərarı qanunsuz və əsassız sayır, hesab edir ki, məhkəmə AR İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməlidir: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manaiaaək məbiəğaə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasının məzmunundan da görünür ki, qəyd olunan norma üzrə məsuliyyətin yaranması üçün işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qeyri-rəsmi şəkildə hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmalıdır. İş üzrə icraatı başlamış Prokurorluq orqanının xx.xx.2024-cü il tarixli qərarında M.Bünyətzadənin və S.İslamovun müvafiq olaraq 2023-cü ilin dekabr ayından xx.xx.2024-cü il tarixinədək, 2022-ci ilin sentyabr ayından 2024-cü ilin may ayının 7-dək əmək müqaviləsi üzrə bildirişin əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə celb edilməsi kimi göstərilsə də, işin faktiki halları ilə bu mövqe öz təsdiqini tapmır və təkzib olunur. Belə ki qərarda adları göstərilən işçilərlə (X4 və X11 ilə) əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada yazılı formada əmək müqavilələri bağlanmış və lazımı qaydada (imzalarla və müəsisənin möhürü ilə ) rəsmiləşdirilmişdir. Lakin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin sistemində yaranmış texniki problem səbəbindən S.lslamovla bağlanmış Əmək müqaviləsnin məlumatlarını elektron sistemə daxil etmək mümkün olmamışdır. Hətta həmin gün X13 Xidmətinin əlaqə nömrələrinə zəng vurulsa da, texniki nasazlığı aradan qaldırmaq mümkün olmamış, buna görə də X11 ilə xx.xx.2024-cü ii tarixində bağlanmış əmək müqaviləsi ƏƏSMN-nin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixində daxil edilməsi mümkün olmuş və bu faktı təsdiq edən akt tərtib olunmuşdur (surəti əlavə olunur). Lakin buna baxmayaraq şahidlərin və X17 oglunun iştirakı ilə xx.xx.2024-cü il tarixində akt (şikayətə əlavə olunur) tərtib olunaraq həmin tarixdə əmək müqaviləsinin bağlanması qeyd olunmuşdur. Bundan əlavə hazırki şikayətə əlavə olunmuş Əmək müqaviləsinin bağlanması ona xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişlərindən görünür ki, M.Bünyətzadənin işə başlamaq tarixi xx.xx.2024-cü il, Əmək müqaviləsinə xitam tarixinin xx.xx.2024-cü il tarixi olması, S.İslamovun isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, sonradan xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək müddətə ağlanması və hazırda qüvvədə olması müəyyən edilir. Bu hal isə Prokurorluq tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın və onun əsasında çıxarılmış hazırda mübahisələndirilən qərarın qanunsuz ve əsassız olmasını təsdiq edir. Başqa sözlə işin halları və işdə olan sübutlar hər iki işçi ilə əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini, heç bir pozuntu halına yol verilməməsini göstərir. Həmçinin qeyd olunan xüsusatları adları qərarda göstərilən işçilər də təsdiq edə bilər. Göstərilən halları iş üzrə icraata başlanılan andan etibarən səiahiyyətli qurum və şəxslərin diqqətinə çatdırsalar da və faktı təsdiq edən sənədləri təqdim etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, ümumumiyyətlə əmək qanunvericiliyinin pozuntusu halı- inzibati xəta hadisəsi olmamışdır və yoxdur. Hüquq və qanun pozuntusu da olmadığı halda mənim tərəfimdən inzibati xəta törədilməsinin qeyd olunması əsassızdır. Belə olan halda hesab edirlər ki, nə inztibaıi xəta hadisəsi, nə də əməldə inzibati xəta tərkibi olmamış, təqsir məsələsi qərarı tərtib edən idarə tərəfindən sübuta yetirilməmişdir. Buna görə de inzibati xətanı törətməkdə təqsirli bilinməyi qanunsuzur. Adları qərarda keçən hər iki işçi bildirmişdir ki, hüquqi savadları olmadığı üçün hazırki inzibati icraatı başlamış səlahiyyətli orqanda onların ilkin izahatları alınarkən əməkdaşın suallarını həm. tam anlamamışlar, həm də əməkdaş sualları tələskən, qəliz, qarşıq və natamam formada təqdim etmişdir. Buna görə də iş üzrə sərbəst və ətraflı izahat verə bilməmişlər. Halbuki iş materiallarından görünür ki, hər iki işçi verdikləri izahatlarda onlarla əmək müqaviləsinin bağlanmasını bildirmişlər. Hər iki işçi hazırda da məhkəməyə şahid qismində gələrək səmimi və ətraflı ifadə verməyə və bütün anlaşılmazlıqları aydınlaşdırmağa hazır olduqlarını bildirmişlər. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 27 iyun 2024cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3nun etibarnamə üzrə nümayəndəsi (vəkili) X15 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, X11 2022-ci ilin dekabr ayından 2023-cü ilin noyabr ayına qədər MMC-də işləmiş, daha sonra işdən çıxmış və onunla yenidən əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. X11 ilə bağlı əmək müqaviləsinin bildirişi elektron sistemdə texniki nasazlıq olduğu üçün daxil edilə bilməmiş, 1 gün gec elektron sistemə daxil edilmişdir. Bu barədə isə müvafiq akt tərtib olunmuşdur. X4 isə aprel ayından etibarən orada işləmiş, əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə imzalansa da, əmək müqaviləsinin bağlanma tarixi kimi xx.xx.2024-cü il göstərilmişdir. Rəsmi olaraq X4 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi rəsmiləşdirilmiş, ona əmək haqqının hesablanması da aprel ayından etibarən olmuşdur, MMC vergidən yayınmamışdır. X1 əmək müqaviləsi bildirişinin hansı səbəbdən sistemə gec daxil edilməsi ilə bağlı onda məlumat yoxdur, ola bilsin ki, texniki səbəblərdən dolayı olmuşdur. Lakin hər bir halda elektron sistemə köhnə tarixlə əmək müqaviləsi daxil etmək mümkün olursa, bu hal pozuntu kimi qiymətləndirilməməlidir. Bütün bunları nəzərə alaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X16 göstərmişdir ki, "xxxx" MMC-nin direktoru X12 tərəfindən X4 və X11 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bu səbəbdən "xxxx" MMC-nin direktoru X12 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə olunmuşdur. Qərar qanuni və əsaslıdır. Belə ki, şikayətçi tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində gec qeydiyyata alınması bildirməsi ilə də elə inzibati xətanın törədilməsi etiraf edilmişdir. Əgər elektron informasiya sistemində texniki nasazlıq olsa idi belə, işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi elektron sistemdə qeydiyyata alınmadan, dolayısıyla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilər əmək fəalkiyyətinə cəlb olunmamalı idilər. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən "xxxx" MMC-nin direktoru X12 tərəfindən 07-İX-24 saylı prokurorun qararına əsasən X2 2023-cü ilin dekabr ayından xx.xx.2024-cü il tarixinədək ofisiant peşəsi üzrə, X11 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək inzibatçı vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar, buna görə də o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməkdir. (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X12 tərəfindən X4 və X11 onların əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Bu hal şikayətçinin və onun vəkilinin izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, X5 və X2 əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində gec qeydiyyata alınması şikayətçi tərəfindən etiraf edilmiş, X5 əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində gec qeydiyyata alınması səbəbi kimi elektron sistemdə olan texniki nasazlıq göstərilsə də, X2 əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində gec qeydiyyata alınması ilə bağlı hər hansı ağlabatan səbəb göstərilməmişdir. Qanunvericilikdə isə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinin əsası kimi birbaşa olaraq əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması nəzərdə tutulmuşdur. İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması özlüyündə, əgər əmək müqaviləsi bildirişi elektron sistemdə qeydiyyata alınmamış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməmişsə, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi kimi qiymətləndirilə bilməz. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçi sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar