Məhkəmə qərarları › İş №3(007)-3496/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3496/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3496/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 08 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı ünvan 1findən 15 oktyabr 2022-ci il tarixli, **********7513 sorğu nömrəli gömrük bəyannaməsi ilə yüklər “Azəragrartikinti” şirkətinə ixrac olunmuş, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətən 1836 manat təşkil edən 1080 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbayan Respublikasının qanunvericiliyinə əsasən Azərbayan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC tərəfindən inzibati xəta haqqında iş üzrə yazılı vəsatət verilmiş, vəsatət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi "xxxx" ASC tərəfindən 15 oktyabr 2022-ci il tarixində rəsmiləşdirilən **********7513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1080 ABŞ dollarında məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməməsinə istinad olunmuşdur. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini ehtiva edən Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinin tələbinə görə inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Sözügedən Məcəllənin 102.6-cı maddəsində göstərilmişdir ki, inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Barələrində tərtib olunan inzibati xəta haqqında protokol, Bakı Baş Gömrük İdarəsi tərəfindən törədildiyi iddia olunan xətanın tarixindən 22 ay sonra tərtib olunmuşdur ki, bu da yuxanda istinad etdikləri hüquq normalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlannın tənzimlənməsi Qaydalan”nın 12-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri mallann (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onlann bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə hallarını ehtiva edən 38-ci maddəsinin tələbinə görə, gömrük qaydaları əleyhinə olan işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı işin mübahisəsiz halıdır ki, belə olan halda 180 gün müddətin axımı **********7513 sorğu nömrəli gömrük bəyannaməsinin bəyan edildiyi tarix olan 15 oktyabr 2022-ci il tarixindən başlanmış və 15 aprel 2023-cü il tarixində başa çatmışdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalara aid olmaqla, qeyd olunan xəta "xxxx" ASC tərəfindən törədilmiş olsaydı belə, həmin törədilməsi iddia olunan xətaya görə inzibati tənbeh ən geci 1 il sonra, yəni 15 aprel 2024-cü il tarixində verilə bilərdi. X1 Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvanlarına “Konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onlann bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 16 dekabr 2023-cü il tarixli, 3-33-1100/2-011126/2023 nömrəli xəbərdarlıq və 26 dekabr 2023-cü il tarixli, 3-33-1100/2-011414/2023 nömrəli bildiriş məktubları göndərilmiş və tərəflərindən ünvanlanan 28 dekabr 2023-cü il tarixli, 442 nömrəli cavab məktubunda qalıq borcun bağlandığı bildirilsə də, həmin cavab məktubu Bakı Baş Gömrük İdarəsini qane etməmiş və həmin sənəd sözügedən İdarə tərəfindən iş materiallarına əlavə olunmamışdır. Bakı Baş Gömrük İdarəsinin tələbinə əsasən tərəflərindən bir daha "xxxx" ASC-yə müraciət olunmuş və onlara verilən cavabda **********7513 nömrəli gömrük bəyannaməsinin qalıq borcunun silinərək bəyan olunduğu bildirilmişdir. Həmçinin araşdırma aparılması məqsədilə nümayəndələri Bakı Baş Gömrük İdarəsinə dəvət olunmuş və verdiyi izahatında 1080 ABŞ dolları məbləğində vəsaitin tam şəkildə müvəkkil bank hesabına köçürüldüyü diqqətə çatdırılmışdır. Göstərilənlərə əsasən, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC barəsində tərtib olunmuş 08 iyul 2024-cü il tarixli, 00100-01715/24 nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə yazılı vəsatətdə qeyd olunanlara uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" ASC tərəfindən Bakı Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda 15 oktyabr 2022-ci il tarixdə rəsmiləşdirilməklə ölkə xaricinə ixrac edilmiş yükün müqabilində bəyannamə üzrə köçürülməli olan 1080 ABŞ dolları (milli valyutaya nisbətdə 1836 manat) məbləğində vəsaitin qanunla müəyyən edilmiş 180 gün ərzində ASC-nin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" ASC tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin ASC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, hüquqi şəxs "xxxx" ASC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş müvafiq yük 15 oktyabr 2022-ci il tarixdə bəyan edilmiş gömrük bəyannaməsinə əsasən ölkə xaricinə ixrac edilmişdir, lakin ixrac edilmiş 1080 ABŞ dolları (milli valyutaya nisbətdə 1836 manat) dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləği müvəkkil bank hesabına köçürülməmişdir. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 180 gün müddətin axımı vəsaitin bəyan edildiyi 15 oktyabr 2022-ci il tarixdən başlanmış və 180 günlük müddətin başa çatdığından sonrakı növbəti gün, 16 aprel 2023-cü il tarixdə başa çatmaqla inzibati xəta həmin gündən törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununla da, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtı 16 aprel 2023cü il tarixi müəyyən edilməli, gömrük qaydaları əleyhinə olan inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, "xxxx" ASC inzibati məsuliyyətdən azad olunmaqla iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati araşdırma orqanının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın uzanan inzibati xətalara aid olmaqla cari iş üzrə inzibati xətanın 01 yanvar 2024-cü il tarixdə aşkar edilməsi, bu zaman İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulan qaydada müddətlərin uzanan inzibati xətalara münasibətdə xəstanın aşkara çıxarıldığı gündən (bir il müddətində) hesablanmalı olması barədə irəli sürdüyü dəlilləri yuxarıda qeyd olunanlar baxımından əsassız hesab edir və qeyd edir ki, belə yanaşma inzibati xətalar qanunvericiliyinin tələblərinə, Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi nəticələrə ziddir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar