Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3498/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Asan Xidmət Mərkəzinin notariat kontorunun 1023 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8i-1627 saylı, xx.xx.2021 tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs və Könül Əskərovanın şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Buna görə də həmin müddətdə borcu ödəyə bilməmişdir. Həmin hökmə əsasən o, 2 il müddətinə vəzifəli şəxs kimi fəaliyyət göstərə bilməzdi, həmçinin yaşı ilə əlaqədar başqa iş də tapa bilməmişdir. Özü və yoldaşı xəstədir, onlara oğlu baxır. O, borcu ödəməkdən yayınmır. Sentyabr ayında işi alınacaqdır, vaxt verilərsə həmin vaxt ödəniş edəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarlar iştirak etmir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 16363 (on altı min üç yüz altmış üç) manat əsas borcun, 8044 (səkkiz min qırx dörd) manat 32 (otuz iki) qəpik faiz borcunun, 200 (iki yüz) manat cərimənin, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun, cəmi 24627 (iyirmi dörd min altı yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpiyin tutulması qət edilmişdir. Tutmanın girov predmeti olan “Hyundai Sonata” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, mühərrik G4KC7535553, ban-KMHEU41CP7A362711 olan avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olduqda həmin məbləğin Şəxs qaytarılması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2012-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2012-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, mülki cavabdeh Şəxs 25000 (iyirmi beş min) manat maddi ziyanın tutularaq X3 ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontorunun 8i-1023 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, X1 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 41750 manat 00 qəpik (qırx bir min yeddi yüz əlli manat sıfır qəpik) pulun, bundan əlavə borcludan tələbkar tərəfindən ödənilməmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 41750 manat 00 qəpik ( qırx bir min yeddi yüz əlli manat sıfır qəpik) pulun tutulması qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontorunun 1023 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat kontorunun 1023 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - 52 saylı notariat kontorunun 8i-1627 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Sahib Bayramovun xeyrinə Şəxs vaxtında ödənilməmiş 4800 manat 00 qəpik (dörd min səkkiz yüz manat sıfır qəpik) pulun, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4820 manat 00 qəpik (dörd min səkkiz yüz iyirmi manat sıfır qəpik) pulun tutulması qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə 52 saylı notariat kontorunun 8i-1627 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs 52 saylı notariat kontorunun 8i-1627 saylı, xx.xx.2021-ci il il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. - bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Asan Xidmət Mərkəzinin notariat kontorunun 1023 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8i-1627 saylı, xx.xx.2021 tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olan icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2999/2011 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Asan Xidmət Mərkəzinin notariat kontorunun 1023 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8i-1627 saylı, xx.xx.2021 tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra icra sənədlərini üzrsüz olaraq icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3498/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3498/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver