Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3503/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Dadaşova Emina Bəhruz qızının katibliyi, qərardan şikayət verən X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasının təmin olunması üçün məhkəməyə vəsatət vermiş, məhkəmə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək, 3(007)-3503/2025 saylı qərardad ilə qərardan şikayət vermə müddətini bərpa etmişdir. X5 şikayətində şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025 ci il tarixdə, saat 10:43 radələrində “Hyundai Sonata” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkətdə olarkən, **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili ilə xidmət aparan, 1788 nömrəli döş nişanı daşıyan, baş inspektor polis baş leytenantı X4 tərəfindən saxlanılmış, polis əməkdaşı inzibati xəta törətdiyini bildirmiş, lakin, inzibati xətanı əsaslandıra bilməmiş, avtomobilini protokol tərtib etmədən cərimə meydançasına yerləşdirmişdir. Sonradan telefonuna gələn mesajdan protokolun yazıldığını bildmişdir. 25 iyun 2025-ci il tarixdə qərarın surətini əldə etmək üçün Bakı şəhər DYPl-ns getmiş, lakin idarədə onunla kobud rəftar Edilmiş və qərarı təqdim etməkdən imtina etmişlər. Həmin gün DİN-nə elektron müraciətlər göndərmiş, bunu dəfələrlə etmişdir. Sonuncu müraciəti 25 iyul 2025-ci il tarixdə olmuş, 28 iyul 2025-ci il tarixdə mail ünvanı vasitəsi ilə qərarı almışdır. Daxili İşlər Nazirliyinə etdiyi çoxsaylı şikayətlərin nəticəsində Bakı şəhər DYPİ tərəfindən barəsində tərtib edilmiş TP ******* nömrəli qərarı 28 iyul 2025-ci il tarixdə mail ünvanı vasitəsi ilə ona göndərlmişdir. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli qərarı əsassızdır. Belə ki, polis inspektoru avtomobili saxladıqdan sonra konstruksiya dəyişikliyi olduğunu bildirmiş, o isə “sport yayların quraşdırıldığını və bunun normativ qaydalara uyğun olduğunu bildirmişdir. Bundan sonra inspektor telefon vasitəsi ilə avtomobilin “yay” ının videosunu çəkmiş və onun dairələrini saymış, zavod istehsalı olan yayların dairə sayı ilə uyğun gəlmədiyini bildirmişdir. İnspektor bildirmişdir ki, yay sayı 9 sayda olmalıdır. Həmin vaxtı avtomobilin zavod istehsalı olan yayı baqajda olmuş, onu inspektora təqdim etmiş, həmin yayda və avtomobilin üzərində olan sport yayın dairə sayının 9 olduğu müəyyən olunmuşdur. Hətta sertifikatın üzərində olan yayın şəklində də dairə sayının 9 olduğu görünür. Bundan sonra digər inspektor mövzunu dəyişərək yüksək səslə, kobud şəkildə danışaraq guya tabesizlik etdiyini bildirmiş, o isə dərhal 102 qaynar xəttə zəng etmişdir. İnspektorlardan protokol tərtib edilməsini tələb etsə də, bunu etməmiş və avtomobili cərimə meydançasına aparmışlar. Lakin, tərəfindən quraşdırılmış sport yaylar avtomobilin marka və modelinə uyğun olmaqla normativ qaydalara uyğundur. Bunu işə əlavə olunmuş sertifikat və tərcüməsi sübut edir. Avtomobilin qabağının qaldırılması və ya arxasının aşağı endirilməsi bu zaman avtomobilin ağırlıq mərkəzi pozulur. Lakin onun avtomobilində ağırlıq mərkəzi pozulmamışdır. Bundan başqa avtomobilin yerə yaxın olma məsafəsi nə qədər azaldıla bilər. H&R sport yayları vasitəsi ilə mənfi 40 millimetrə qədər hündürlüyü azaldıla bilər, avtomobilində isə bu ölçü mənfi 35 millimetrdir. Sport yay istehsal edən şirkətlər hər maşının zavod istehsalı olan avtomobilin amartizatoruna uyğun yay istehsal edir. İşə əlavə olunmuş istehsalçının sertifikatında qeyd olunur: Sənədlə təsdiq edirik ki, qeyd olunan tətbiq sahəsində təsvir olunan avtomobillər modifikasiyadan sonra rəydə qeyd olunan şərtlər nəzərə alınaraq yol hərəkəti haqqında qanunun müvafiq tələblərinə uyğundur. İstehsalçı (detalın texniki uyğunluğu verilən rəy sahibi) § 19(3) maddəsinə (request-N sahib) uyğun rəyə sahibdir. Vİ bənddə qeyd olunan şərtlər də daxil olmaqla rəy 1-ci səhifədə əhatə edilən və bütün mətn çoxaldıla və artırıla bilər. Rəy avtomobil detalında texniki dəyişiklik edildiyi yaxud da avtomobil detalında edilmiş dəyişikliyin avtomobil istifadəsində məntiqli təsir göstərdiyi, eləcə də qanuni əsaslar dəyişdiyi zaman öz etibarlığını itirəcəkdir. Rəyin surətləri orijinal ştamp və istehsalçının orijinal imzası olduğu zaman keçərli hesab olunur. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sözügedən yayların onun avtomobilinə quraşdırıldığı halda avtomobilin tam kütləsinin, bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkərlər arası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçülərinin norma daxilində olmasını müəyyən etmək üçün mütəxəssis dəvət olunmamış, onun rəyi alınmamış, həmçinin nəqliyyat vasitəsi duracaqda olarkən polis əməkdaşları tərəfidən həmin xüsusatlara nəzər yetirilməmiş, hər hansı bir xüsusi cihazla yoxlama aparılmamışdır. Bu cür cihazlar isə əsasən müayinə mərkəzlərində olur. Sonda göstərilən bu halların araşdırılması üçün məhkəmədən şərait yaradılmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X5 İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Qanunvericiliyin mənasına görə X3 əməlində İXM-nin 342.2.3-cü maddəsinin tərkibinin olması üçün onun tərəfindən nəqliyyat vasitəsinə edilmiş dəyişiklik nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olmalıdır. Qərarından şikayət verilən orqan tərəfindən isə bu hal araşdırılmamış, mütəxəssis dəvət olunub rəyi alınmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X5 barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə şikayət ərizəsində və məhkəmənin qərarında göstərilən hallar hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər DYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3503/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3503/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver