Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3504/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə, ev 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 59218.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 29609.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 02 iyul 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlı məhkəmə iclasında təqdim etdikləri etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, protokolda 59218 ABŞ dolları məbləğində pul vəsaitinin 28 yanvar 2022-ci il tarixdə xaricə köçürülməsi, 2 il müddət keçsə də, 29609 ABŞ dolları vəsait hesabına alınan malları ölkəyə idxal edilməməsi və ya həmin valyuta vəsaitini geri qaytarmaması qeyd edilmişdir. Bununla əlaqədar təqdim edilmiş **********7293 sorğu nömrəli yük gömrük bəyannaməsindən görünür ki, 29609 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Lakin YapıKrediBank Azərbaycan tərəfindən verilmiş arayışdan görünür ki, 29308,50 ABŞ dolları məbləğində “SP OAO SPARTAK” firmasına icra edilən xarici köçürmə əməliyyatı "X4 Azərbaycan” QSC-dən asılı olmayan səbəblərdən, müxbir bankın hesabında OFAC tərəfindən araşdırmaya cəlb edilərək bloklanmışdır. Belə olan halda köçürülən pul vəsaiti qarşı tərəfin bank hesabına mədaxil olmadığında növbəti sifariş zamanı Spartak şirkəti yenidən ödəniş edilməsini tələb etmişdir. Sifariş olunan malların ölkəyə idxalının təmin edilməsi məqsədilə sifarişin dəyəri ikinci dəfə tam şəkildə Spartak şirkətinə ödənilmişdir. OFAC tərəfindən araşdırmaya cəlb olunan vəsait isə araşdırma yekunlaşdırıldıqdan sonra müvəkkil bank vasitəsilə "Veysəloğlu” MMC-yə, yəni ölkə ərazisinə geri qaytarılacaqdır. Ölkəyə mallar birinci köçürmədən sonra idxal olunmuş, faktiki olaraq ikinci dəfə 59218.00 ABŞ dolları məbləğində köçürmədən sonra 29609.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmamışdır. Çünki həmin məbləğ daha əvvəl sifarış olunmuş və artıq ölkəyə idxal olunmuş mallara görə yaranmış borcla əlaqədar ödənilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, **********1335 nömrəli gömrük bəyannaməsinə əsasən 29308.50 ABŞ dolları vəsait hesabına alınan mallar ölkəyə xx.xx.2022-ci il tarixdə idxal edilmişdir. xx.xx.2022-ci il tarixli, **********7293 nömrəli gömrük bəyannaməsinə əsasən isə 29609.00 ABŞ dolları vəsait hesabına alınan mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin nümayəndəsinin protokolun tərtib olunmasına əsas olmuş məbləğ hesabına idxal olunmasını iddia etdiyi mallar məbləğin xaricə köçürüldüyü xx.xx.2022-ci il tarixindən əvvəl, xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2022-ci il tarixdə idxal olunmuş malların xx.xx.2022-ci il tarixdə köçürülən məbləğ hesabına alınmasını təsdiq edən hər hansısa sübut isə MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunmasına əsas verən 29609.00ABŞ dolları məbləğində vəsait 24 may 2022-ci il tarixdə xaricə köçürüldüyü halda, hüquqi şəxsin istinad etdiyi “Yapıkredi Bank” tərəfindən təqdim olunmuş məktuba əsasən müəyyən edilmişdir ki, OFAC tərəfindən bloklanmış məbləğ 15 mart 2022-ci il tarixdə xaricə köçürülmüşdür. X3 tərfindən tərtib olunmuş protokolda 29.609.00 ABŞ dolları məbləğində vəsaitin geri qayıtmaması qeyd olunduğu halda, “Yapıkredi Bank” tərəfindən təqdim edilmiş məktubda bloklanmış məbləğ 29.308.50 ABŞ dolları göstərilmişdir. Belə olan halda qeyd olunan uyğunsuzluqlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Republikası İXM-nin 430.4-cü madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 02 iyul 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2/2-799/2024 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 29609.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 5921.80 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3504/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3504/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver