Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3505/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə vət. X2 100 manat pulunu xırdalamaq adı ilə götürmüş və geri qaytarmayaraq ələ keçirmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə vət. X1 məxsus “Xboss” markalı mopedin üzərində olan 200 manat dəyərində dəbilqəni oğurlamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı Ş.B.Kərimov tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-3504/2023 saylı və 3(007)-3505/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-3504/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-3504/2023 saylı və 3(007)-3505/2023 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-3504/2023 saylı nömrə verilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3505/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3505/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver