Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3505/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X6 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X6 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X8 İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci tarixdə Nizami rayonu ərazisində (Dakar dairəsi adlanan ərazidə) yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə dərhal Yol Patrul xidmətinin əməkdaşları yaxınlaşmış, bu zaman onun burnundan qan axdığı məlum olmuş və hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, ona ilkin tibbi yardım göstərilmişdir. Bütün bunlardan sonra o, necə hadisə yerini tərk etmiş ola bilər ki? Buna baxmayaraq, əsassız yerə onun barəsində AR İXM-in 327.6cı maddəsinin tələblərini “pozduğuna” görə protokol tərtib olunmuşdur. Protokolla razılaşmasa da, barəsində xx.xx.2025-ci il tarixdə TP ******* qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş protokol və qərar əsassızdır və ləğv edilməlidir. O, heç bir halda hadisə yerini tərk etməmişdir. AR İXM-nin 327.6-cı maddəsinə görə Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat cərimə edilmişdir. AR İXM-nin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat apardan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Həmin maddənin növbəti bəndində qeyd olunur ki, “İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizİiyini sübut etməyə borclu deyildir”. AR İXM-nin 8.3-cü maddəsində vurğulanıb ki, “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onıın xeyrinə həll edilir”. AR İXM-nin 135.1.3-cü maddəsində qeyd olunub ki, “hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi” - İnzibati xala haqqında iş üzrə qərarın ləğv edilinəsi üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq 16 iyul 2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, hadisə baş verdikdən sonra digər sürücü ilə danışmış, telefon nömrələrini birbirinə vermiş, 2 saat orada gözləmiş, daha sonra getmişdir. İlk dəfə yol nəqliyyat hadisəsi törətdiyi üçün 102 xidmətinə zəng etməli olduğunu və yol patrul xidmətinin əməkdaşının gəlməsini gözləməyi bilməmiş, hadisə baş verdikdən 2 saat sonra polis əməkdaşlarını gözləmədən hadisə yerindən çıxıb getmişdir. Ancaq polis əməkdaşı, təcili tibbi yardım gəldikdə o, orada olmuşdur. O, hadisə yerindən qaçmamışdır. Digər sürücüyə də öz nömrəsini vermişdir. İzahatı o, özü yazmış, özü imzalamışdır. Bütün bunları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X5 bildirmişdir ki, sürücü X6 İXM-nin 327.1 və 327.6-cı madələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün vermiş olduğu izahatla tam sübuta yetirilir. Belə ki, X8 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospektindən Dakar dairəsi istiqamətində hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi ilə qarşısında hərəkətdə olan avtobus markalı nəqliyyat vasitəsinin arxa hissəsi toqquşmuşdur. Daha sonra sürücülər nəqliyyat vasitələrini dayandırmış, hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım gəldmişdir. Əlavə olaraq Nizami RPİ-nin əməkdaşı gəlib-getdikdən sonra xəsarət almasına baxmayaraq şikayətçi olmadığından hadisə yerindən çıxıb getmişdir. Həmçinin digər nəqliyyat vasitəsinin sürücüsü hadisədən 2 gün sonra, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq digər sürücünün hadisə yerindən getdiyini, 2 gün keçməsinə baxmayaraq ondan bir xəbər olmamasını, bu səbəbdən şikayətçi olduğunu bildirmişdir. Həmin sürücünün xx.xx.2025-ci il tarixdə etdiyi müraciətindən də məlum olur ki, X11 RPİ-nin müstəntiqi hadisə yerinə gəlib-getdikdən sonra hadisə yerindən yayınaraq çıxıb getmiş və geri qayıtmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, hadisə baş verdikdən sonra hadisə yerinə müstəntiq gəlib-getdikdən sonra sürücü yol nəqliyyat hadisəsi polisinin gəlməsini gözləmədən və hadisə yerinin sxemi tərtib olunmadan hadisə yerindən çıxıb getmiş, geri qayıtmamış, bununla da, İXM-nin 327.6-cı maddəsinin tələblərini pozmuşdur. Odur ki, qərar qanuni və əsaslıdır. Bütün bunları nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X8 xx.xx.2025-ci il tarixdə, saat 18:48-də idarə etdiyi **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulmasına görə İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş izahatlardan görünür ki, X2 idarə etdiyi “Hyundai Accent” minik markalı, **- YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Dakar dairəsi ünvanında manevr etmə qaydalarını pozmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, yol hərəkəti qaydalarını pozan sürücü Aytən Musayeva yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV bəndin əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Dakar dairəsi ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermiş, X8 yol nəqliyyat hadisəsi üzrə polis əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən yayınaraq çıxıb getmişdir. Bu səbəbdən X8 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan izahatlar, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respubliksaı DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3505/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3505/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver